Mebel istehsal rəhbəri

Şirkət haqqında
Əmək haqqı
1,000

İş haqqında

İşin təsviri:
İş mebel fabrikində istehsalın təşkili və keyfiyyətinə nəzarət eləcə də, fabrikin mənfəətli və faydalı iş mexanizminin idarə olunmasını həyata keçirməkdən ibrarətdir.

İş şəraiti:
- İş saatı – 6 gün / 09:00 – 18:00 /
- Əmək haqqı 1,000 AZN + rüblük premiyalar

- İstehsal fabriki Hövsan ərazisində yerləşir
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşmə

Vəzifə və öhdəliklər:
- Fabrik işinin təşkili və idarə edilməsi.
- İstehsal texnologiyasını (avadanlıqların texniki göstəricilərini və işləmə prinsiplərini) bilmək və səmərəli idarə etmək;
- Təhlükəsizlik texnikası qaydalarına riayət etmək və fabrik işçilərini daimi məlumatlandırmaq;
- Fabrikdə işin səmərəliliyi və faydalı iş əmsalını artırmaq üçün təkliflər vermək;
- Məhsulun istehsalı və qablaşmasının tələb olunan standartlara uyğun olmasına nəzarət etmək;
- Aylıq qoyulan istehsal planını icra etmək;
- Rəhbərliyə hesabatları hazırlayıb təqdim etmək.

İşin tələbləri:
- Ali təhsil;
- Minimum 2 il istehsalat sahəsində iş təcrübəsi olmalı;
- Güclü liderlik keyfiyyətlərinə sahib olmalı və kollektivlə işləməyi bacarmalı;
- Analitik təhlil qabiliyyətinə sahib olmalı;
- MS Office proqramları üzrə istifadə biliyi;

Müraciət CV- ilədir, başlığa “Mebel istehsal rəhbəri” qeyd edərək info@bizimoda.az ünvanına göndərməyiniz xahiş olunur.
Son müraciəöt tarixi: 2021-05-30