Mebel üzrə texnoloq

Şirkət haqqında
Əmək haqqı
2500-3000

İş haqqında

- İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi,
- 6 günlük iş həftəsi,
- Nahar fasiləsi: 12:00-13:00,
- Nahar müəssisə tərəfindən təmin edilir.

İş barədə:
- Mebelin istehsalı üzrə texnoloji proseslərə nəzarət etmək;
- İstehsalat zamanı qeydə alınan uyğunsuzluqları müəyyən etmək və aradan qaldırılması üçün təkliflər vermək;
- Ağacı dəzgah vasitəsilə kəsmək, yonmaq, yığmaq, düzəltmək və tələb olunan formaya salınmasına nəzarət etmək;
- Dəzgahda konstruksiyaların ağac elementlərinin və digər ağac məmulatının düzəldilməsi, modifikasiyası və təmirini həyata keçirilməsinə nəzarət etmək;
- Qapılar, qapı və pəncərə çərçivələri, örtük, panellər kimi daxili və xarici elementlərin uyğunlaşdırılması, yığılması və dəyişdirilməsini təmin etmək;
- Dəzgahda ağac detalların kəsilməsi, yonulması, uyğunlaşdırılması və yığılmasına nəzarəti həyata keçirmək;

Tələblər:
- Ali və ya texniki təhsilli;
- Mebel və ağac emalı (Ağac, MDF və DSP və s. materiallardan istifadə olunur) sahəsində minimum iş təcrübəsi 5 il;
- Avropəncərə istehsalı və boyama ilə bağlı biliklərinin olması;
- MS Office ( Word, Excel, Power Point) proqramlarında işləməyi bilməli;
- Тexniki sənədlərin oxunmasını bacarmalıdır;
- Ağac emalının texnologiyasını bilməlidir;
- Dəzgahların və kəsici alətlərin iş prinsipini bilməlidir;
- Yaş həddi 30-50;
- Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı olmalı;
- Тexniki sənədlərin oxunmasını bacarmalıdır;
- Bərk ağacdan, plastikdən, laminat lövhədən və MDF-dən hazırlanan məhsullar üçün texniki sənədlərin hazırlanması bacarıq və təcrübəsi olmalı (əl eskizləri);
- CNC frez maşını, stasionar frez dəzgahı və digər mebel sahəsi avadanlıqları haqqında biliklərin olması, dəzgahlar üçün tapşırıqlar yaratmaq bacarığının olması;
- CNC frez dəzgahı üçün proqram tapşırıqları yaratmağı bacarmalı;
- AutoCad və 3D mebelinin dizaynı proqramı haqqında məlumatı olmalı;
- Şkaf mebeli və bərk ağacdan mebel istehsalı texnologiyasını bilməli;
- Ağac pəncərə sistemini və mexanizmlərini bilməli.

Namizədin şəxsi keyfiyyətləri:
- Fikrini izah etmək qabiliyyəti;
- Ezamiyyə imkanları;
- Ünsiyyət yaratmaq bacarığı;
- İşə planlı yanaşması;
- Fəal olması və komandada işləmək bacarığı.

Bu vəzifəyə müraciət etmək üçün CV-ni göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Mebel üzrə texnoloq” Mövzu bölməsində göstərin.
Son müraciət tarixi: 2021.12.21