Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisi

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Namizədlər aşağıda göstərilənləri bilməlidir:
- Torpaqların melorasiya və suvarma qaydalarını və normalarını;
- Hidrotexniki qurğuların, su hovuzlarının, bəndlərin və s. sudanmühafizə qurğularının tikinti-quraşdırma qaydalarını;
- Hidrotexniki qurğuların və bəndlərin mövsüm təmirlərinin yerinə yetirilməsini;
- Melorasiya üzrə texniki avadanlıqların, qurğuların layihələndirilməsinin və alışının təşkili qaydalarını;
- Təsərrüfatlarda suvarma suyundan istifadə qaydalarını və sudan istifadə qrafiklərinin hazırlama prinsiplərini;
- Damlama, yeraltı damlama, damcılama, yağış yağdırma və s. üsullarla ilə bitkilərin suvarma normalarını, qaydalarını və həmin avadanlıqların tətbiqi qaydalarını;
- Suvarma avadanlıqlarına tələb olunan ehtiyat hissələrinin sifarişi və təmiri qaydalarını;
- Təsərrüfatlar üzrə torpaqların qurudulması, suvarılması və melorasiya olunmasının planlaşdırılmasını;
- Hovuzların, boru xəttlərinin və su bəndlərinin cari və əsaslı təmiri qaydalarını;
- Nasos avadanlıqlarının təmiri və seçimi aqydalarını;
- Suvarma sistemləri, suvarma qurğularının, boru xəttlərinin layihələndirilməsi üçün texniki tapşırıqların hazırlanması qaydalarını;
- Yeni tikilmiş hidrotexnik və melorasiya qurğularının istismara qəbul qaydalarını;
- Hidrotexniki qurğularda qəzaların aradan qaldırılması, təhlükəsiz istismar və əməyin mühafizə qaydalarını.

Namizədə tələblər
- Yaş: 35-65
- Təhsil: Ali təhsil
- Təcrübə: Aidiyyati sahədə 7 ildən çox iş təcrübəsi
- Kompüter bilikləri: AutoCAD, Microsoft Office və s.
- İşində məsuliyyətli və dəqiq olmalı
- Əmək haqqı bacarıq və biliklərə görə dəyişir

Maraqlanan şəxslər CV formalarını mövzu yerində "Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisi" qeyd edərək hr@ricon.az ünvanına göndərsinlər xahiş edirəm.
Son müraciət tarixi: 2021-07-09