Məlumat təhlükəsizliyi bölməsi üzrə aparıcı mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
1500-2000

İş haqqında

Vakansiya üzrə tələblər:
- Texniki sahə üzrə ali təhsil;
- 2 ildən artıq informasiya sistemlərində İT üzrə təhlükəsizlik sahəsində iş təcrübəsi;
- Müvafiq beynəlxalq standartlar (ISO 27001-27002) üzrə biliklər
- Şəbəkə və sistem təhlükəsizliyi, şəbəkə topologiyaları üzrə biliklər.
- Şəbəkə avadanlıqlarının, o cümlədən Cisco şəbəkə avadanlıqları, fayrvol avadanlıqlarının idarə edilməsi, sazlanması üzrə biliklər
- SIEM , DLP, Vulnerability scanner, File integrity və digər təhlükəsizlik sistemləri üzrə biliklər;
- Səlis Azərbaycan dili, texniki sənədləri tam qavrayacaq səviyyədə ingilis dili bilikləri
- Məsuliyyətlilik, daim öyrənməyə, inkişafa meyllilik

Vəzifə öhdəlikləri:
- Məlumat təhlükəsizliyi risklərinin təhlil edilməsi
- Məlumat təhlükəsizliyi risklərinin idarə edilməsi üzrə müvafiq təkliflərin verilməsi
- Bankın kompüter şəbəkəsinin təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq sazlamaların aparılması
- Təhlükəsizlik insidentləri zamanı insidentə adekvat tədbirlərin həyat keçirilməsi
- Məlumat təhlükəsizliyi üzrə müvafiq standartların tətbiq edilməsi
- Məlumat təhlükəsizliyi üzrə bankdaxili qaydaların təkmilləşdirilməsində iştirak

Əmək haqqı: 1500 - 2000 AZN

Anketlərinizi hr@turanbank.az ünvanına göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən mövzu hissəsinə “Məlumat təhlükəsizliyi” yazmağı unutmayın.
Son müraciət tarixi: 2021-09-10