Memar – dizayner

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Böyük layihələrə imza atan tikinti şirkətlərin birinə memar – dizayner tələb olunur.
- Ali təhsil
- İş təcrübəsi: 5 il
- Tikilən obyektlərin layihə-smeta sənədlərinin biliyi
- Kompüter bilikləri: AutoCAD, 3D Max

Vəzifələr
- Layihələrin memarlıq və dizayn hissəsinin işlənib hazırlanmasını həyata keçirir.
- Seçilmiş dizayn üslubundan istifadə etməklə, qrafik dizayn ideyaları təqdim edir.
- Layihə-dizayn işlərinin seçilmiş dizayn üslubuna və dizayn ideyasına uyğun olaraq müəyyən edilmiş vaxtda icrasını təmin edir.
- Vizual dizayn konsepsiyası hazırlayarkən texniki cəhətdən mümkün olan, texniki şərtlərə cavab verən, qrafik dizaynlar hazırlayır və layihənin memarlıq, konstruksiya və digər hissələri ilə uyğunluğunu əsas götürürür.
- Layihənin hazırlanmış eksteryer və interyerinin 3D görünüşünün, tikinti başa çatdıqda real görünüşlə eyni olması üçün obyektin tikintisində müəllif nəzarətini yerinə yetirir, tikintidə istifadə edilən inşaat materialları, konstruksiya, məmulatların təsdiq olunmuş layihə, standart və texniki şərtlərə uyğun olmasına nəzarət edir.

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər CV activevacancies21@gmail.com elektron ünvana təqdim edə bilərlər.
Son müraciət tarixi: 2021-08-04