Memar-Dizayner

Şirkət haqqında
Əmək haqqı
1000-1500

İş haqqında

Vəzifə öhdəlikləri:
- Tikinti obyektlətrinin layihələndirilməsi, layihə sənədlərinin (cizgilər, iş həcmləri cədvəli, hesabatlar) hazırlanması. Layihə sənədlərini oxumaq, materialları analiz etmək və layihələrə tətbiq üçün uyğunluğu müəyyən etmək.
- Sifarişçi tərəfindən təqdim olunmuş layihələri, təsdiq olunmuş qaydalara uyğun olaraq texniki dəqiqliyə görə yoxlayıb, spesifikasiyalara və müqavilə razılaşmalarına riayət olunmasını təmin etmək;
- Mühəndis layihələrinin bir-biri ilə əlaqələndirmə, layihədə olan uyğunsuzluqları aradan qaldırmaq;
- İşçi layihələrin hazırlanması, işçi layihələrinə dəyişikliklər etmək, layihələri dizayn etmək, planlaşdırmaq və həyata keçirmək; texniki əsaslandırılmış normaların tətbiq edilməsi;
- İş prosesinə nəzarət etmək, xərcləri hesablamaq, razılaşdırılmış plan əsasında nəticələri dəyərləndirmək, təhlükəsizlik və keyfiyyət idarəetmə sistemlərini tətbiq etmək;
- Razılaşdırılmış dəyişikliklər də daxil olmaqla nəticələri qeyd etmək və hesabat vermək;
- Tikinti materialları, struktur, mexaniki və elektrik sistemi kodları və tətbiq üsulları biliklərinə malik olmalı; Layihələrin interyer işlənilməsi, işıqlandırma və digər müxtəlif daxili və xarici seçimləri təmin etmək.
- Ərazi abadlıq və yaşıllaşdırma (landşaft) işlərinin işlənilməsi;
- Verilən layihənin tikintidə (müəllif) nəzarətinin aparılması (daxili bölgülər)
- Dövlət qrumları ilə razılaşmalar.
- İnformasiya texnologiyalarına əsaslanan sənədləşmə, simulyasiya, məlumat bazası və s. aid qaydalara əməl etmək;
- Əmək funksiyasını texniki standartlar və milli qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirmək;

Tələblər:
- Memarlıq ixtisası üzrə ali təhsil
- Ən az 5 il (fasiləsiz) iş təcrübəsi olmalı (yüksək mərtəbəli binalarının tikintisində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək)
- AutoCAD, ArchiCAD, 3D Max, Corel Draw, Fotoshop, Revit, Microsoft Office proqramlarını bilməli (əlavə olaraq Revit proqramını bilən namizədlərə üstünlük veriləcək)
- Smetanın hesablanması bacarığı,sərbəst planlama.
- Azərbaycan dili əla səviyyədə, rus və ingilis dillərini orta səviyyədə bilməli.
- Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verməli.
- Komandada işləmək bacarığına sahib olmalı.
- İşgüzar ünsiyyət bacarığı.

İş şərtləri:
- Həftə içi 5 gün : 09:00 - 18:00-dək (nahar vaxtı saat 13:00-14:00)
- İstirahət şənbə-bazar günləri, nahar-şirkət tərəfindən verilir.
- Əmək haqqı 1000-1500 AZN (təhsil, iş stajı, iş bacarığı və s. nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur).
- İş yeri: Yasamal rayonu, Mikayıl Müşfiq küç 2, (Bakı Media Mərkəzi ilə üzbə-üz)

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi göndərin.
Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını “Memar-Dizayner” qeyd edəsiniz.

Son müraciət tarixi: 2021.12.15