Memar

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə öhdəlikləri:
- Layihələndirilən obyektə dair tələblərin müəyyən edilməsi;
- Obyektə ilkin baxış və ölçu vərəqəsində qeyd etməklə ölçü işlərinin aparılması;
- Yaşayış binalarının eskiz və işçi layihələrinin hazırlanması, tikinti sahəsində işə tam nəzarət edilməsi;
- İlkin eskizin/cizginin əl ilə və yaxud müvafiq kompüter proqramları vasitəsilə hazırlanmasının təmin olunması;
- İlkin eskiz/cizgini baş memar və ya aidiyyəti şəxslərlə müzakirə olunması və razılaşdırılması;
- Memarlıq və mühəndis cizgilərdən ibarət olan layihə paketinin tərtib olunmasında və hazırlanmasında bilavasitə iştirak olunması;
- Layihələndirilən obyektlərin tikintisinə müəllif nəzarətinin təmin edilməsi;
- Aylıq smetaların hazırlanması;
- Tərtib etdiyi işçi layihənin ekspertizası və təsdiq edilmə mərhələsində müvafiq dövlət orqanlarında müdafiəsi, eləcə də bunun üçün zəruri olan nümayiş materiallarının (maketlər, elektron versiyalı prezentasiya materialları) hazırlanması.

Vəzifəyə dair tələblər:
- Müvafiq sahədə ali təhsil (İnşaat mühəndisliyi);
- Mükəmməl rus dili biliyi
-Müvafiq sahədə 3 ildən çox iş təcrübəsi (tikinti şirkətlərində iş təcrübəsinin olması üstünlük təşkil edəcək);
- AutoCAD və aidiyyəti üzrə kompüter proqramları ilə işləmək bacarığı;
- Əllə eskizləri çəkmək bacarığı;
- Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verilməsi;
- Tikintinin layihələndirilməsində mühəndis və digər aidiyyəti şəxslərlə birgə işləmək bacarığı;
- müstəqil və ya komanda daxilində işləmək bacarığı;
- Fikrini detallar üzərində cəmləşdirmək və bir necə işi eyni zamanda aparmaq bacarığı.

Digər məlumat:
- Altıgünlük iş qrafiki.
- Əməkhaqqı: namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən olunacaq.

CV-lərinizi hr@melissagroup.az ünvanına "Memar" başlığı ilə göndərməyiniz və ya https:// melissagroup.az /vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur.
Son müraciət tarixi: 2021-06-04