Memar

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

- Layihələrin memarlıq və dizayn həllini təmin etmək, 2d və 3d vizuallaşdırmaq.
- Eskiz və işçi layihələrinin hazırlanmasını təmin etmək.
- İnterior, Exterior və Landscape dizaynlarını hazırlamaq.
- Layihələrin icrası prosesində iştirak etmək.
- Mərkəzin tabeliyində fəaliyyət göstərən turizm nümayiş obyektlərinin memarlıq konsepsiyasını hazırlamaq.
- Mərkəzin idarəçiliyində olan qoruqlarda aparılan tikinti işlərinin memarlıq layihələrinə rəy vermək.
- Şöbə müdirinin göstərişinə əsasən şöbəyə aid məktublar hazırlamaq və yazışmaları həyata keçirmək.
- Fəaliyyəti ilə bağlı İdarə Heyətinin sədrinə və şöbə müdirinə hesabat vermək.
- İdarə Heyəti sədrinin və şöbə müdirinin göstərişi ilə səlahiyyətlərinə bilavasitə aid olan digər vəzifələri yerinə yetirmək.

Namizədə tələblər:
- Ali təhsil (memarlıq sahəsində ali təhsilə üstünlük verilir). İş təcrübəsi: 3 ildən az olmayaraq. Kompüter bilikləri: Ms Windows sistemi, Microsoft office proqramları, İnternet brauzer proqramları və xüsusi memarlıq-mühəndislik proqramları (Autocad, 3DsMax, ArchiCad və.s) . (yüksək səviyyədə). Dil bilikləri: rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə).

Fərdi keyfiyyət tələbləri: Yaradıcı, yenilikçi və inkişafa açıq, yüksək ünsiyyət bacarığı və təqdimetmə bacarığı, Məlumatı toplamaq və təhlil etmək bacarığı, Məntiqli düşünmə və problemləri araşdırma bacarığı, etibarlılıq və şirkətə sədaqətlilik; komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı (özünütəkmilləşdirmə), məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi,məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı)

İş qrafiki:
Həftə içi 5 gün, saat 09:00-18:00.
İş yeri: Bakı şəhəri

Vakansiya üçün müraciət qaydası: CV-lər “Memar” mövzusu ilə azada.huseynova.qim@gmail.com və kamala.huseynova@tourism.gov.az elektron ünvanına göndərilməlidir.
Son müraciət tarixi: 2021-07-30