Memar

Şirkət haqqında
Əmək haqqı
1000-1500

İş haqqında

Vəzifə ; Memar
İş yeri : Zaferoglu İnşaat, baş ofis

Namizədə tələblər:
- Ali təhsil (memarlıq və inşaat);
- (Photoshop, Corel Draw, AvtoCad, Archi Cad, 3dMax) dizayn proqramlarında professional işləmə bacarığı;
- Müvafiq sahədə ən azı 5 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan və Rus dilini bilməli;
- Tikinti norma və qaydalarını bilməli;
- Yaradıcılıq və müasir dizayn tendensiyaları üzrə biliklər;
- Detallara qarşı diqqətlilik;
- Verilmiş təlimatlar əsasında layihə və Dizayn işlərini zamanında yüksək keyfiyyətlə həyata keçirmək ;

Tələb olunan vəzifə öhdəlikləri:
- Exteryer ( landşaft, fasad ) işlərini mükəmməl səviyyədə bilməli ;
- Obyektə ilkin baxışın keçirilməsi, lazımı tələblərin müəyyən edilməsi və ölçü işlərinin aparılması;
- İlkin baxış zamanı innovativ və müasir dizayn tendensiyaları barədə təkliflərin verilməsi ;
- İlkin eskiz və işçi layihələrinin yüksək keyfiyyətli təsvirlərinin hazırlanması;
- Layihə-dizayn işlərinin seçilmiş dizayn üslubuna və dizayn ideyasına uyğun olaraq müəyyən edilmiş vaxtda icrasını təmin edilməsi;
- Baş planların işlənib hazırlanmasında və həllində iştirak edilməsi ;
- Tikintinin layihələndirilməsində mühəndis və digər aidiyyəti şəxslərlə birgə işləmək bacarığı ;

İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- İstirahət günü: Bazar, şənbə günü 17:00

Digər məlumatlar:
- Əmək haqqı: 1000-1500 Azn
- CV ilə bərabər portfolionun göndərilməsi mütləqdir

Uyğun namizədlərdən HR@zaferoglu.az elektron ünvanına mövzu yerinə “Memar” yazaraq CV göndərmələri xahiş olunur.
Son müraciət tarixi: 2021-09-02