Məsləhətçi (qadın)

Şirkət haqqında
Əmək haqqı
360

İş haqqında

“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası ictimai birliyi Bakı SOS Uşaq Kəndi Gənclərə Qayğı layihəsinə MƏSLƏHƏTÇİ (Qadın namizəd) vəzifəsinə iş elanı verir.

Gənclərə Qayğı (qızlar üçün) Layihəsi gənclərin müstəqil həyata hazırlanmaları üçün lazımi bacarıqların inkişaf etdirilməsi üçün fəaliyyət göstərir. Gənclərə Qayğı məsləhətçisinin əsas vəzifəsi layihədən faydalanan gənclərin cəmiyyətə uğurlu inteqrasiyasının təmin edilməsinə dəstək göstərməkdir.

Profiliniz:
- 35-45 yaş arası xanım namizəd;
- Ali təhsil (Pedaqogika və ya psixologiya sahəsində ali təhsil üstünlükdür);
- Uşaq və ya gənclərlə iş sahəsində azı 2 illik iş təcrübəsi (beynəlxalq təşkilatlarda iş təcrübəsi üstünlükdür)
- Mentorluq bacarığı;
- Məsləhət vermək və danışıqlar aparmaq bacarığı;
- Sosial və təşkilati bacarıqlar;
- Stressə davamlılıq;
- Komandada işləmək istəyi və bacarığı;
- Uşaq hüquqları və uşaq müdafiəsi haqqında məlumatlılıq;
- Ölkədəki təhsil və sosial sistem haqda məlumatlılıq;
- Əlavə peşəyönümlü təhsil (təlim, seminarlar);
- İlkin tibbi yardım bacarığı;
- Kompüter biliyi (MS Office);

Vəzifə və öhdəliklər:
- Gənclərin Fərdi İnkişaf Planlarının hazırlanması və həyata keçirilməsində dəstək göstərmək;
- Gənclərə təhsil seçimi, şəxsi inkişaf və peşə istiqamətləndirilməsi sahəsində dəstək göstərmək;
- Gənclərə sosial və müstəqil yaşam bacarıqlarının inkişaf etdirilməsində dəstək göstərmək;
- Gənclər üçün iş yerlərinin tapılmasında/işlə təmin olmasında dəstək göstərmək;
- Təhsil ocaqları və iş yerləri ilə sıx əməkdaşlıq etmək;
- SOS Uşaq Kəndi, bioloji ailələr və icma ilə əməkdaşlıq etmək;
- Gənclərin asudə vaxtlarını təşkil etmək;
- Növbəli işləmək (gecələmək şərtilə 24 saatlıq (1 gün) iş, növbəti 72 saat (3 gün) istirahət günü olmaqla)

Uşaq Müdafiəsi üzrə:
- Uşaq Müdafiə Siyasətinə riayət etmək;
- UKP layihələrində zorakılıq halları ilə bağlı hadisələrə “Uşaq müdafiəsi üzrə Hesabat vermə və cavab tədbirləri” prosedurunu tətbiq etmək.

İş şərtləri:
- Ünvan/Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 27a (Həzi Aslanov metrosu yaxınlığı);
360.00 AZN (vergilər daxil) əmək haqqı;
- Növbəli iş rejimi;
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun işçi qeydiyyatı.

Təklifimiz:
“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyi Beynəlxalq Təşkilatın nümayəndəliyi olaraq QHT mühitində öz işçilərinə geniş inkişaf imkanları yaradır.

Namizədliyinizi uyğun hesab edirsiniz? Müraciət ərizələrinizi/CV və motivasiya məktubunuzu (yalnız elektron ərizələr nəzərə alınır 10 İyun 2022-ci il tarixədək “Bakı SOS Uşaq Kəndi/Gənclərə Qayğı üzrə məsləhətçi” adlı başlıqla e-poçt ünvanına göndərməyinizi xahiş edirik.

Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır!