Metal konstruksiya zavoduna direktor

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

İşin təsviri:
- İstehsal proseslərinin vaxt analizini etmək və proseslərin inkişafını təmin etmək;
- İstehsal planlarına əsasən iş qrafikini müəyyən etmək və qrafikə uyğun icrasını təmin etmək;
- Planlaşdırılmış və reallaşdırılmış istehsalın həftəlik, aylıq, rüblük və s. hesabatlarını hazırlamaq;
- Aidiyyatı şöbələrlə birlikdə anbar ehtiyatını nəzarətdə saxlamaq;
- İllik büdcənin hazırlanmasında iştirak etmək;
- İstehsal prosesi və istehsal planlaşdırılmasında ortaya çıxan plandan yayınmalar və gecikmələri izləmək, aradan qaldırılması üçün tədbir görülməsini təmin etmək;
- Tabeçiliyində olan istehsal, qablaşdırma, proseslərin avtomatlaşdırılması, texniki qulluq, mexaniki və elektrik bölmələrinin fəaliyyətini tənzimləmək və aidiyyatı üzrə tapşırıqlar vermək;
- İstehsalatda istifadə olunan bütün avadanlıqların təmir və profilaktik texniki qulluq planlamasının həyata keçirilməsini təmin etmək;
- Planlaşdırılmış və plandan kənar təmir fəaliyyətlərinin həyata keçirilməsini təmin etmək;
- Texniki nasazlıqların səbəblərini analiz edərək uzunmüddətli həll yollarını təmin etmək;
- Texniki qulluq və istehsalat təlimatlarının yenilənməsini və həmin təlimatlara uyğun fəaliyyət göstərilməsini təmin etmək;
- Əməkhaqqı razılaşma yolu ilə

Vəzifəyə dair tələblər:
- Ali texniki təhsil
- 30-50 yaş
- 10 il iş təcrübəsi (üst qurğuları və metal konstruksiya sahəsi üzrə)
- Dil biliyi: Azərbaycan, rus və ingilis dili biliyi arzuolunandır
- Texniki-mühəndis sənədlərlə (çizgilər, texniki şərtlər, xüsusiyyətlər və s.) işləmək bacarığı.
-Yüksək idarəetmə bacarığı
- Microsoft Office/Autocad/Tekla

CV-lərinizi " Direktor - MKZ" başlığı ilə göndərməyiniz xahiş olunur.
Son müraciət tarixi: 2022.02.04