Mexanika bölməsinin müdiri

Şirkət haqqında
Əmək haqqı
1000-2000

İş haqqında

İş yeri: Oğuz, Oğuz Qarğıdalı Emalı Məhsulları Kompleksi
İş vaxtı: I - V günlər 09:00 - 18:00
Əmək haqqı: 1000 2000 arası
Tabeçilik: Texniki şöbənin müdirinə

İŞİN TƏSVİRİ
- Müəssisənin istehsal və qeyri istehsal sahələrinin texniki avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin etmək.
- İstehsalat prosesi zamanı mexaniklərin qarşılaşdığı çətinliklərin tez bir zamanda aradan qaldırılmasında onlara yardımçı olmaq.
- Qəza vəziyyətləri zamanı görüləcək tədbirlər planını müəyyən etmək və onlara əməl olunmasına nəzarət etmək.
- Qoruyucu avadanlıqların, bağlayıcıların, axış ölçənlərin, axışa nəzarət klapanlarının, səviyyə ölçənlərin, hərarət ölçənlərin və digər ölçü cihazların təmizliyini və sazlığını təmin etmək.
- Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək.
- İstehsalatın texniki hazırlığını təmin etmək.
- Müəssisənin texniki xidmət və təmir fəaliyyətinə rəhbərlik etmək, onların işinin təşkilinə, nəticələrinə və əmək intizamına nəzarət etmək.
- Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanması, təmirin keçirilməsi, ehtiyat hissələrinin və materialların alınması üçün sifariş ərizələrini tərtib etmək.
- Texniki xidmətin və təmirin vaxtında və keyfiyyətlə keçirilməsini, avadanlığın modernləşdirilməsi, bina və qurğuların vəziyyətinə texniki nəzarəti təşkil etmək.
- Köhnəlmiş avadanlıqlar, obyektləri müəyyən etmək və onların təmirini növbələşdırmək.

NAMİZƏDƏ TƏLƏBLƏR
− Ali texniki təhsil (Mexanik,Mühəndis);
− Sahə üzrə minimum 1 il 3 il iş təcrübəsi;
− MS Office proqramları üzrə bilik;
− Azərbaycan dilində səliş danışıq (Rus və İngilis dili bilən namizədlər arzuolunandır);

Göstərilən tələblərə cavab verən namizədlər öz CV - lərini hr@cpccom.az ünvanına göndərə bilərlər.
(CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin)
Son müraciət tarixi: 2021-07-09