Mexanika mühəndisi

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

İş yeri: Agenliyin tabeliyində olan PHŞ
İş saatları: 09:00-18:00
İş yeri: Bakı şəhəri, Nəsimi rayonu


Əmək funksiyaları:
- Layihənin mexanika bölümünü dərindən araşdırmaq və düzgünlüyünü yoxlamaq
- Mexanika layihələrini layihəçi və subpodratçı ilə müzakirə etmək
- Podratçı və subpodratçı müqavilələri əsasında işlərin icrasına və keyfiyyətinə nəzarət etmək
- Layihə cizgilərinin digər mühəndislik sahələri ilə və memarlıq cizgiləri ilə koordinasiyasını təhlil etmək
- Layihə şirkətlərindən təhvil alınan mexaniki layihələrin standartlara uyğunluğunu, sistemin tam şəkildə işləndiyini yoxlamaq və aşkar olunan problemli sahələri layihəçi şirkətlərə və öz rəhbərinə bildirmək
- Mexanika layihələri üçün seçilən cihaz və avadanlıqların seçiminin düzgünlüyünü yoxlamaq və layihəçi ilə görüş təşkil edərək sistemlərin təhlilini aparmaq
- Layihə üzrə iş həcmlərinin çıxarılması
- Tikinti, elektrik, su çəkilişi (MEP), isitmə-soyutma və havalandırma, o cümlədən inşaat qurğularının müxtəlif aspektləri ilə bağlı layihələndirmə və tikinti planları, təsvirləri və spesifikasiyalarını nəzərdən keçirmək
- Hesabat hazırlayıb yerinə yetirilmiş işlərin ətraflı qeydlərini aparmaq
- Layihə büdcəsini və keyfiyyət məqsədlərini təmin etmək üçün podratçılarla mütəmadi görüşlər keçirmək.

Vəzifə tələbləri:
Ali təhsil. İş təcrübəsi: 3 ildən az olmayaraq. Kompüter bilikləri: Ms Windows sistemi, Microsoft office proqramları, İnternet brauzer proqramları və xüsusi memarlıq-mühəndislik proqramları (yüksək səviyyədə). Dil bilikləri: rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə).

CV-ləri “mexanika mühəndisi” mövzu başlığı ilə [email protected] ünvanına göndərsinlər. Yalnız birinci mərhələdən keçmiş namizədlərlə əlaqə saxlanılacaq.
Son müraciət tarixi: 2021-11-10