MHBS hesabatlıq şöbəsinə aparıcı / baş mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
- Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
- Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
- Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq;
- Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
- Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
- Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
- Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
- Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:
- Bankın MHBS (İFRS) hesabatların hazırlanmasında iştirak etmək;
- Kənar auditorlarla koordinasiya, sorğuların işlənməsi və məlumatların təqdim olunmasında iştirak etmək;
- Maliyyə və beynəlxalq reytinq institutlarından daxil olan sorğuların aidiyyatı hissələrinin cavablandırılmasında iştirak;
- Kənar auditor tərəfindən tələb olunan audit sübutlarının bankın digər strukturlarından toplamaq və təqdim etmək.

Bizim üçün uyğun namizəd:
- Ali təhsilli (maliyyə və iqtisadi sahədə təhsil üstünlükdür);
- ACCA imtahanlarında ən az AB (F1), MA (F2), FA (F3), LW (F4) və FR (F7) imtahanlarında uğurla keçmiş namizədlərə üstünlük veriləcək;
- Maliyyə hesabatlarının beynəlxalq standardlarının tətbiqi üzrə yüksək biliklərə sahib;
- Azərbaycan və ingilis dillərini yüksək səviyyədə bilən;
- Excel proqramları üzrə biliklərə sahib;
- Analitik təhlil bacarığı olan;
- Audit şirkətlərində minimum 1-3 il iş təcrübəsi olan; (Böyük dördlük audit şirkətlərində təcrübəsi olan namizədlərə üstünlük veriləcək)
- Komandada iş bacarıqlarına sahib olan;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@abb-bank.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “MHBS hesabatlıq şöbəsinə aparıcı/baş mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

Son müraciət tarixi: 2021-10-23