Middle System Reliability Engineer

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Məhsul icrasını dəstəkləmək və sistemlərimizin sabitliyini təmin etmək üçün Sistem etibarlılığı üzrə mühəndis axtarırıq. Bu, icraçı mühəndis kimi qabaqcıl təcrübəsi olan və əməkdaşlıq edə bilən şəxs, hər hansı məhsulu 100% öz gücü ilə qurmağı qarşısına məqsəd qoymayan və başqalarının etdiklərini kənardan müşahidə edə bilən (məsələn, üçüncü tərəfin vasitələrindən istifadə etməklə) və ən mürəkkəb problemləri icra edilməli kritik hissələrə qədər sadələşdirə bilən şəxs olmalıdır. Bu vəzifəyə namizəd böyük İT platformalarını dəstəkləməkdə və xidmət sifarişləri biletlərini (tiketləri) həll etməkdə təcrübəsi olan və SLA səviyyəsinə uyğun olan şəxs olmalıdır.

İşin təsviri:
- Data platformasının cari və gələcək infrastruktur tələblərinə dəstək göstərilməsi;
- Təqdim olunan infrastrukturda həllərin dəstəklənməsi;
- Quraşdırma, problemlərin diaqnostikası, sistemin yenilənməsi, miqrasiya və ilkin vəziyyətə dönüş kimi birgə mühəndislik işlərini yerinə yetirilməsi və dəstəklənməsi;
- Mühəndislərin və şirkətin bir çox mühitlərlə dəstəklənməsi;
- Girişin təşkil edilməsi;
- Qəza hallarının təhlil edilməsi;
- Scrum Agile, Kanban Agile metodologiyalarından istifadə;

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
- Kompüter elmləri və ya əlaqəli sahədə bakalavr dərəcəsi;
- Müvafiq sahə üzrə azı 2 il peşəkar təcrübə;
- Linux OS serverlərinin administrasiyası;
- Docker, docker-machine, docker-compose platformalarını başa düşmək;
- Kubernetes/OpenShift texnologiyası haqqında anlayış;
- Grafana + Prometheus + Zabbix üzrə monitorinq;
- ”Git” və ”şaxəli keçid” (branching) strategiyalarını başa düşmək;
- Məlumat bazası idarəçiliyini başa düşmək;
- Spark, Hadoop ilə tanışlıq;
- Bash/Python kimi ən azı bir skript dili;

Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:
- Mövzu sətrində “Sistem etibarlılığı üzrə mühəndis” qeyd olunmalıdır;
- CV-lər 27 may 2022-ci il tarixinə qədər göndərilməlidir.

Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən geç müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.