Monitorinq üzrə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Peşə Təmayüllü Siniflərin təşkili layihəsi `Monitorinq üzrə mütəxəssis` vakansiyası elan edir!

Tələblər:
· Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
· Monitorinq sahəsində minimum 2 il iş təcrübəsi;
· Operativ təhliletmə qabiliyyəti;
· MS Excel biliyi - əla səviyyədə;
· Ölkədaxili ezamiyyətlərə getmək imkanı;
· Analitik təhlil və riyazi hesablamalar aparmaq

İş öhdəlikləri:
· Layihənin monitorinq prosesinin təşkil edilməsi və işin aparılması;
· Monitorinq və qiymətləndirmə üçün hədəf məktəblərdən informasiyaların yığımı, təhlili və qiymətləndirilməsi məqsədilə analitik və metodiki təminatı hazırlamaq;
· Monitorinq tədbirlərinin planlaşdırılması və həyata keçirilməsində iştirak etmək;
· Müəllimlərin qiymətləndirilməsi üçün performans dəyərləndirmə göstəricilərinin müəyyən edilməsi;
· Monitorinq nəticələrini əhatə edən dövri hesabatların hazırlanması.

İş şəraiti:
- Həftədə 5 iş günü, 2 gün istirahət;
- Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Monitorinq üzrə mütəxəssis” qeyd edərək öz CV-lərini narmin.madatova@arti.edu.az elektron ünvanına göndərməyi xahiş olunur.

Son tarix: 30 aprel, 2021-ci il