Motion Graphic Designer

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə öhdəlikləri:
- Verilmiş təlimatlar və informasiya əsasında dizayn işlərinin zamanında və yüksək keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi;
- İnformativ və infoqrafik videoların hazırlanması;
- Sosial mediada paylaşılacaq postların dizaynının hazırlanması;
- Promo və çap məhsullarının dizaynının hazırlanması;
- Video montaj bacarıqlarının olması üstünlükdür;
- Dijital trendlərin izlənməsi və iş prosesinə tətbiq olunması.

Namizədə tələblər:
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Qrafik dizayn proqramlarında işləmək bacarığının olması (Adobe Photoshop, Adobe Illustrator, Adobe After Effects, Adobe Premiere);
- Motion dizayn sahəsində təcrübə və portfolio olması;
- Kreativlik, yaradıcı təxəyyülə malik olması;
- Ofis proqramlarında sərbəst işləmək bacarığının olması;
- Azərbaycan dili ana dili (ingilis dili biliyi üstünlükdür);

İş qrafiki:
Həftədə 6 gün: 09:00-18:00
Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən təyin ediləcək.

Vakansiya ilə maraqlananlar CV və Portfoliolarını e-mail ünvanına göndərə bilərlər. CV göndərərkən mailin mövzu hissəsinə "Motion Graphic Designer" qeyd etməyiniz xahiş olunur.
Son müraciət tarixi: 2022.08.04