Mühasib köməkçisi

Şirkət haqqında
Əmək haqqı
650

İş haqqında

Tələblər:
- Azı 1 il özəl sahədə köməkçi mühasiblik təcrübəsi olmalıdır;
- Mühasibat uçotunu bilməlidir;
- İlkin sənədləşmələri, dövriyyə cədvəlləri və digər hesabatları hazırlamağı bilməlidir;
- Office proqramlarında, əsasən EXCELL və WORD proqramlarında yüksək səviyyədə işləmə bacarığı olmalıdır;
- 1C 8.3 mühasibat proqramında işləməyi bacarmalıdır;
- Azərbaycan dilini mükəmməl, Rus dilini yaxşı səviyyədə bilməlidir. İngilis dilini də bilmək əlavə üstünlükdür;
- Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir;
- Riyazi hesablama aparma, təhlil etmə qabiliyyəti olmalıdır;
- Təzyiq altında işləmə bacarığı, stress şəraitinə dözümlülük xüsusi dəyərləndirilir.

Vəzifələr:
- Sənədlərin (e-qaimə, bank əməliyyatlarının, əmək haqqı cədvəlinin və s.) 1C 8.3 proqramına işlənməsi;
- Vergi hesabatlarının hazırlanması (ƏDV, əvəzləşmələr, Mənfəət, Fiziki şəxslərin Gəlir vergisi, ÖMV, MDSS, İşsizlik, Sadələşdirilmiş vergi, Əmlak vergisi vəs.);
- Debitor və kreditorlarla üzləşmələrin aparılması;
- ƏDV Depozit hesabı əməliyyatlarının icrası, Bank əməliyyatlarının işlənməsi-yerli və xarici ödəniş tapşırıqlarının hazırlanması;
- Əmək haqqının hesablanması, məzuniyyətin hesablanması, son haqq-hesab, əmək haqqı kartlarının sifarişi, xəstəlik vərəqələrinin hesablanması və sistemə işlənilməsi;
- Qaimə-fakturaların yazılması, hesab-fakturaların yazılması, elektron qaimələrin kəsilməsi;
- Məxfilik prinsiplərinin qorunması.

İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- 5 günlük iş rejimi (I - V günlər, 09:00 - 18:00);
- Əmək haqqı 650 manat təşkil edir.

Uyğun namizədlər “Mövzu” bölməsində vakansiyanın adını qeyd etməklə şəkilli CV formasını vacancy@intexaudit.az e-mail ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 2021-09-12