Mühasib (Restoran)

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Vəzifə öhdəlikləri:
- Mühasib restoranın Direktorunun əmrlərinə əsasən hər ay məzuniyyətlərin, ezamiyyətlərin, ixtisasartırma kurslarının, təhsil məzuniyyətlərinin və əmək qabiliyyəti olmamaq vərəqəsinin hesablamalarını həyata keçirir;
- Şirkətin müxtəlif mədaxil, məxaric orderlərı, ciddi hesabat blankları və s. rəsmi sənədlərin doldurulmasına və hərəkətinə nəzarət edir;
- Bütün növ ciddi hesabat sənədlərinin qeydiyyatını aparır;
- Şirkət tərəfindən ona həvalə olunmuş elektron poçt qutusuna mütəmadi olaraq nəzarət edir və elektron yazışmaların operativ cavablandırılmasını icra edir.

Namizədə tələblər:
- Təhsil-Ali;
- Restoran sahəsində ən azı 3 il iş təcrübəsi;
- Microsoft Office, 1C və İİKO proqramlarını əla səviyyədə bilməli;
- Qərarvermə, liderlik, innovativ idarəetmə, təşkilatçılıq və təşəbbüskarlıq bacarığı.

İş Şərtləri:
- İş vaxtı: həftədə 6 gün;
- Əmək haqqı:müsahibə zamanı təyin olunacaqdır.

Maraqlanan namizədlər mövzu yerində “Mühasib (Restoran)” yazmaqla öz CV-lərini hr@resantgroup.az ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 2021-04-15