Mühasib (Restoran)

Şirkət haqqında
Əmək haqqı
1700

İş haqqında

Vəzifə öhdəlikləri:
• Mühasib restoranın Direktorunun əmrlərinə əsasən hər ay məzuniyyətlərin, ezamiyyətlərin, ixtisasartırma kurslarının, təhsil məzuniyyətlərinin və əmək qabiliyyəti olmamaq vərəqəsinin hesablamalarını həyata keçirir;
• Şirkətin müxtəlif mədaxil, məxaric orderlərı, ciddi hesabat blankları və s. rəsmi sənədlərin doldurulmasına və hərəkətinə nəzarət edir;
• Bütün növ ciddi hesabat sənədlərinin qeydiyyatını aparır;
• Şirkət tərəfindən ona həvalə olunmuş elektron poçt qutusuna mütəmadi olaraq nəzarət edir və elektron yazışmaların operativ cavablandırılmasını icra edir.

Namizədə bağlı tələblər:
• Təhsil-Ali;
• Restoran sahəsində ən azı 3 il iş təcrübəsi;
• Microsoft Office, 1C və İİKO proqramlarını əla səviyyədə bilməli;
• Qərarvermə, liderlik, innovativ idarəetmə, təşkilatçılıq və təşəbbüskarlıq bacarığı.

İş Şərtləri:
• İş vaxtı: həftədə 6 gün;
• Əmək haqqı:1700 AZN

Maraqlanan namizədlər mövzu yerində “Mühasib (Restoran)” yazmaqla öz CV-lərini hr@resantgroup.az ünvanına göndərə bilərlər.
son müraciət tarixi 30 Aprel 2021