Mühasib (Tikinti)

Şirkət haqqında
Əmək haqqı
1500

İş haqqında

- Tikinti materiallarının uçotu: daxil olmalar, çıxış, yerdəyişmə, qalığın yoxlanılması;
- Maliyyə uyğunsuzluqlarının yoxlanılması və aradan qaldırılması;
- Sənədləri yoxlamaqla maliyyə əməliyyatlarını təsdiqləmək və ödənişləri həyata keçirmək;
- Ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət etmək;
- Əmək haqqının hesablanması, ödənişi və qeydiyyatı;
- Ciddi hesabat blanklarının (kassa mədaxil və məxaric orderlələri, qaimə- fakturaların və s.) düzgün yazılmasına nəzarət etmək, həmçinin onların uçotunu aparmaq;
- Qanunvericiliyə uyğun dövlət orqanlarının tələb etdiyi forma və müddətlərdə maliyyə vəsaitlərinin hərəkətlərinin uçotunun təşkil edilməsi və hesabatların işlənib hazırlamaq və təqdim etmək.

Namizədə tələblər:
- Ali təhsil;
- İnşaat mühasibi vəzifəsində minimum 2 il iş təcrübəsi;
- İnşaat materiallarını bilməlidir;
- Word və Excel proqramlarını bilməli;
- Mühasibat sahəsi üzrə qanunvericilik aktlarını və normativ sənədləri bilməli;
- Analitik düşünmə qabiliyyəti.

Təminatlar:
- Əmək haqqı 1500 AZN +
- Nahar yeməyi təmin edilir

Maraqlanan namizədlər mövzu bölümündə “Tikintidə Mühasib” yazaraq CV-lərini göndərə bilərlər.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Son müraciət tarixi: 2022.01.27