Mühasib (xanım)

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vakansiya üzrə tələblər:
- Ali təhsil;
- Bu vəzifədə təcrübə: ən azı 2-5 il;
- Dillər (səviyyə): Azərbaycan, Rus - səlis;
- Kompüter bilikləri (xüsusi proqramlar): təcrübəli PC istifadəçisi. Proqramları bilmə: Excel, Word, Power Point, Outlook, Adobe PDF;
- Düzgün şifahi və yazılı dil biliyi;
- 1C proqramında peşəkar səviyyədə işləmək bacarığı;
- 23-33 yaş aralığına üstünlük veriləcəkdir.

İş Funksiyası:
- Elektron qaimə-fakturaların tərtib edilməsi və göndərilməsi;
-ƏDV depozit hesabına nəzarət və köçürmələrin həyata keçirilməsi;
- Bank hesablarının açılması, onlara nəzarət, internet banking vasitəsilə ödəniş tapşırıqlarının tərtib edilməsi;
- Büdcə və vergi ödənişlərinin, kreditor borcların ödənişi və kreditorlarla qarşılıqlı hesablaşmalar
- Əmək haqqı kartlarının sifarişi, əmək haqqı hesablanması və ödənişi
- Muzdlu və qeyri-muzdlu işlə əlaqədar vahid bəyannamələrin tərtib olunması və göndərilməsi
- İşçilərin elektron hökumət portalında qeydiyyata alınması və əmək müqavilələrinin bağlanması
- Əmək müqaviləsinə xitam verilərkən ödənişlərin həyata keçirilməsi
- Müqavilə,hesab faktura və təhvil təslim aktlarının tərtib edilməsi;
- Excel və word proqramlarında işləmə bacarığı.Tələb olunan müqavilə,akt, ödəniş tapşırığı və diğər sənədlərin hazırlanması
- E-gov.az , e-taxes.az, stat.gov.az portalları ilə işləmək bacarığı
- MS Word, MS Excel ,MS Power Point proqramlarında sərbəst işləmə bacarığı;
- Məsuliyyət düzgünlük,dəqiqlik etbarlılıq və operativ olma kimi müsbət göstəricilərə sahib olmaq;
- Əmək haqqı namizədin bilik və bacarıqlarından asılı olaraq müəyyən edilir.

İş şəraiti:
- İş qrafiki: Həftənin 5 günü: 9:00-dan 18:00-dək
- Şənbə və bazar qeyri iş günüdür
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Sınaq müddəti 2 həftə;

Son müraciət tarixi: 2022.02.04