Mühasib

Şirkət haqqında
Əmək haqqı
1000-1500

İş haqqında

İşin təsviri:
- Təhtəl hesab, balans, avans hesabatı və ezamiyyət hesabının aparılması;
- Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi
- DSMF, Statistika və Məşğulluq idarəsinə hesabatlarının hazırlanması və təqdim edilməsi
- E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
- BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək
- E-portal proqramı ilə işləmək bacarığının olması
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
- Vergi orqanları ilə yazışmalar
- Ödəniş tapşırıqlanının yazılması;
- Vergi və audit yoxlamaları zamanı məlumatların düzgün və dolğun formada təqdim edilməsini təşkil etmək;
- Bütün maliyyə əməliyyatlarının 1C mühasibat proqramında əks olunması
- Əmək haqqı hesablanması;

Namizədə tələblər:
- İqtisadiyyat, Mühasibatlıq və ya Maliyyə-kredit üzrə ali təhsil;
- Mühasib vəzifəsində minimum 3 il iş təcrübəsi (istehsal, konsaltinq,ticarət, inşaat)
- MS Office (xüsusilə MS Excel), 1c 7.7 və 1c 8.3, BTP proqramları ilə sərbəst şəkildə işləmək bacarığı;
- AR Vergi Məcəlləsini yüksək səviyyədə bilməli;
- Mühasibat sahəsi üzrə qanunvericilik aktlarını və normativ sənədləri bilməli
- Analitik qabiliyyət, ünsiyyət və təqdim etmək bacarıqlarına malik;
- Verilmiş tapşırığları vaxtında icra etmək, problemləri həll etmək bacarığına malik olmalıdır.

Əmək haqqı: 1000-1500 AZN. (namizədə görə dəyişəcək)

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Mühasib” qeyd edərək öz CV-lərinizi hr@aisco.az elektron ünvanına göndərməyiniz xahiş olunur.
Son müraciət tarixi: 2021-05-20