Mühasib

Şirkət haqqında
Əmək haqqı
700

İş haqqında

İşin təsviri:
İş mebel fabrikində mühasibatlıq-uçot iş fəaliyyətinin aparılmasından ibarətdir.

İş şəraiti:
- İş saatı – 6 gün / 09:00 – 18:00 /
- Əmək haqqı 700 AZN + rüblük premiyalar

- Ofis Hövsan ərazisində yerləşir
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşmə

Vəzifə öhdəlikləri:
- Vergi , DSMF və Statistika hesabatlarının hazırlanması;
- Əmək haqqı, məzuniyyət və son haqq hesabların hazırlanması;
- E-Qaimə Fakturanın tərtib olunması və göndərilməsi;
- Gündəlik kassa, bank, mal uçotunun aparılması;
- Əsas vəsaitlərin uçotunun aparılması;
- Malsatanlarla üzləşmələrin aparılması;
- MS Office (xüsusilə Excel), 1C 8.3 , BTP, e-gov,e-taxes və digər portallardan istifadə etmək;

İşin tələbləri:
- Ali təhsilli;
- Mebel üzrə iş təcrübəsi arzuolunandır;
- Microsoft office proqramlarını, xüsusilə Excel-i yaxşı bilmək
- Mühasibatlıq, vergi və əmək qanunvericiliyi üzrə məlumatlı
- Analitik təhlil qabiliyyətinə sahib olmalı

Müraciət CV- ilədir, başlığa “Mühasib” qeyd edərək info@bizimoda.az ünvanına göndərməyiniz xahiş olunur.
Son müraciət tarixi: 2021-05-30