Mühasib

Şirkət haqqında
Əmək haqqı
500 - 800

İş haqqında

Vəzifənin öhdəlikləri
- Şirkətin maliyyə-təsərrüfat fəaliyyəti üzrə ilkin sənədləşmənin aparılması, mühasibatlıq və vergi hesabatlarının hazırlanması və müvafiq orqanlara vaxtında təqdimatını həyata keçirtmək.
- DSMF və statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
- Debitor və kreditorlarla hesablaşmaların uçotunun aparılması
- Bank, Kassa, Əmək haqqı sənədlərinin işlənməsi, işçilərlə hesablaşmaların təmin edilməsi
- E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
- Şirkətin əmlakı, öhdəliklərinin hərəkəti ilə bağlı ilkin və mühasibat sənədlərinin tərtib olunması qaydalarının düzgünlüyünə nəzarət edilməsi
- Şirkətin maliyyə vəziyyətinin analizi və müvafiq hesabatların rəhbərliyə təqdim edilməsi

İş şərtləri
- 500 - 800 AZN - Əmək haqqı müsahibə nəticəsi əsasında müəyyənləşdirilir
- İş qrafiki həftə içi 9:00 – 18:00, istirahət günü - şənbə, bazar
- AR qanunvericiliyinə əsasən sənədləşmə
- Koprorativ nömrə verilir
- Cavan və mehriban komandada işləmək fürsəti

Namizədə tələblər
- Ali təhsil (Mühasibat uçotu , maliyyə, iqtisadiyyat )
- 1C, MS Office proqramlarında işləmə bacarığı.
- Mühasib vəzifəsində minimum 2 il iş təcrübəsi

İş Lökbətan ərazisində olacaq.

Maraqlanan namizədlərdən öz CV-lərini ulker.sadigova@logist.az poçt ünvanına, mövzu bölməsində vakansiyanın adını qeyd etməklə göndərmələri xahiş olunur. Seçilmiş namizədlər ardıcıl olaraq test və müsahibəyə dəvət ediləcəklər. Şifahi müraciətlərə (zənglərə) baxılmayacaq.
Son müraciət tarixi: 2021-07-07