Mühasib

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Vəzifə öhdəlikləri:
- Təhtəl hesab, balans, avans hesabatı və ezamiyyət hesabının aparılması;
- Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi
- DSMF, Statistika və Məşğulluq idarəsinə hesabatlarının hazırlanması və təqdim edilməsi
- E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
- BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək
- E-portal proqramı ilə işləmək bacarığının olması
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
- Vergi orqanları ilə yazışmalar
- Ödəniş tapşırıqlanının yazılması;
- Vergi və audit yoxlamaları zamanı məlumatların düzgün və dolğun formada təqdim edilməsini təşkil etmək;
- Bütün maliyyə əməliyyatlarının 1C mühasibat proqramında əks olunması
- Əmək haqqı hesablanması;
- İqtisadiyyat, Mühasibatlıq və ya Maliyyə-kredit üzrə ali təhsil;
- Mühasib vəzifəsində minimum 5 il iş təcrübəsi (istehsal, inşaat)
- MS Office (xüsusilə MS Excel), 1c 8.3, işləmək bacarığı;
- AR Vergi Məcəlləsini yüksək səviyyədə bilməli;
- Mühasibat sahəsi üzrə qanunvericilik aktlarını və normativ sənədləri bilməli
-Analitik qabiliyyət, ünsiyyət və təqdim etmək bacarıqlarına malik;
- Verilmiş tapşırığları vaxtında icra etmək, problemləri həll etmək bacarığına malik olmalıdır.

İş qrafiki: 5 günlük
Əmək haqqı müsahibə əsasında müəyyənləşdiriləcək

Maraqlanan şəxslər CV formalarını mövzu yerində "Mühasib" qeyd edərək hr@ricon.az ünvanına göndərsinlər xahiş edirəm.
Son müraciət tarixi: 2021-07-16