Mühasib

Şirkət haqqında
Əmək haqqı
300-1000

İş haqqında

Namizədə tələblər :
- 25-30 Yaş;
- Maliyyə/Mühasibat uçotu üzrə ali təhsil;
- Mühasibatlıq sahəsində 1 - 2 ilə qədər iş təcrübəsi;
- Microsoft Office proqramlarında (xüsusilə Excel, Outlook) və 1C 8.3 sərbəst şəkildə işləməyi bacarmalı, AR Vergi Məcəlləsindən anlayışı olmalı;
- Rus və İngilis dili arzuolunandır;
- Komandaya tez adaptasiya olmaq;
- Analitik düşünmə qabiliyyəti və məsuliyyətli olmalı, gün ərzində iş prosesinin düzgün planlaşdırılması və işin vaxtında təhvil verilməsi.

Vəzifə öhdəlikləri
- Bank əməliyyatlarının aparılması;
- E-Qaimə fakturalarının tərtib olunması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar;
- Vergi və Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
- Əmək haqqı, məzuniyyət və s. qanunvericiliyə uyğun hesablanması və ödənişlərin həyata keçirilməsi;
- Daxil olan pul vəsaitlərinin, mal – material ehtiyyatlarının və əsas vəsaitlərin tam uçotunun aparılması;
- Bütün maliyyə əməliyyatlarının 1C proqramında əks olunması.

İş şəraiti:
- İş qrafiki: I-V günlər, 09:00-dan 18:00-dək
- Əmək haqqı 300 - 1000 AZN (namizədin bilik və bacarıqları əsasında müəyyən ediləcək)

Bütün kriteriyalara cavab verən şəxslər CV-lərini Mühasib başlığı ilə office@bakubusinessconsulting.com e-mail ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 2021-07-16