Mühasib

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Şirkət- “Bizim Kəndimiz” MMC
Vakansiya- Mühasib
İş yeri- Bakı
İş Qrafiki – 6 günlük (6 cı gün qısaldılmış iş günü)
Əmək haqqı – Razılaşma yolu ilə

Vəzifələri:
- Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi;
- E-Qaimə fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı;
- Bank əməliyyatının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
- Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
- BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək;
- Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar;
- Daxili hesabatların hazırlanması və təqdim olunması;
- Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsində iştirak;
- Əmək haqqının hesablanması.

Namizədə tələblər :
- Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə);
- Retail sahəsi üzrə minimum 2 il iş təcrübəsi;
- Vergi Məcəlləsini bilməli;
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
- Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli;
- Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti.

Uyğun və maraqlanan şəxslər CV-lərini mövzu (subject) hissəsinə “Mühasib” başlığı altında hr@bizimkendimiz.az e-mail ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 2021-07-25