Mühasib

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

İş qrafiki : 9:00-18:00/bazaar ertəsi-cümə

Namizədə tələblər:
- Mühasib dərəcəsi və ya maliyyə/mühasibatlıq sahəsində ali təhsil;
- İş təcrübəsi: müvafiq sahədə azı 1 il iş təcrübəsi;
- Azərbaycan sərbəst yazı və danışıq qabiliyyəti (ingilis və rus dili arzu olunandır);
- Əla kompüter bilikləri (Microsoft Office);
- Mühasibatlığa dair cari qanunvericilik aktlarına dair bilik;
- Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
- Təşəbbüskar, qərar qəbul etmə bacarığı, komandanı həvəsləndirmək və idarə etmək qabiliyyəti;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Əla ünsiyyət qurmaq və yaxşı komanda üzvü olmaq bacarığı;
- İşçi heyəti ilə işləmək bacarığına malik olmalı.
- 1C Mühasibatlıq 8.3 versiyasında iş təcrübəsi arzuolunandır

Vəzifə öhdəlikləri:
- Əsas vəsaitlərin qeydiyyatının aparılması
- Əsas vəsaitlərin hərəkətinə uçot sistemində nəzarət və əsas vəsaitlərin müvafiq qaydada qeydiyyatının aparılması
- Mal-material və əsas vəsait üzrə tələblərə nəzarət və yanlış qeydə alınmış tələblərin düzəldilməsi
- Əsas vəsaitlərin amortizasiyası və təmirinə nəzarət
- Əsas vəsaitlərin ildə iki dəfə və ya daha artıq dəfə inventarizasiyası
- Əsas vəsaitlər üzrə siyasət və prosedurların bərqərar və tətbiq edilməsinə dəstək
- Əsas vəsaitlərin hesabının aparılması və müvafiq qeydlərin uçot sisteminə daxil edilməsi
- Mühasibatlıqla və digər şöbələrlə birlikdə səmərəli mühasibatlı üsullarının tətbiq olunmasının, habelə əsas vəsaitlərin qeydiyyatı və hesabı ilə bağlı digər şöbələrin biznes tələbatlarının düzgün başa düşülməsinin təmin edilməsi
- Cari iş prosesinin avtomatlaşdırılmasının və səmərəliliyinin artırılması imkanlarının araşdırılması və proseslərin təkmilləşdirilməsi, məhsuldarlığın artırılması, əsas vəsaitlərin dövriyyəsinə nəzarətin gücləndirilməsi üçün təşəbbüslərin irəli sürülməsi
- Lazım gələrsə Maliyyə-mühasibatlıq şöbəsindəki digər bölmələrə tapşırıqların yerinə yetirilməsində dəstək
- Daxili təsərüfat məqsədli və şirkətə məxsus əsas vəsaitlərin təmirinə sərf edilən materialların aktını tələb etmək və nəzarətdə saxlamaq
- Aylıq və günlük hesabatlar hazırlamaq
- Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin etmək, mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlamaq, uyğunsuzluq halları aşkar olunduqda, onların aradan qaldırılmasını tələb və təmin etmək;
- Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması, komplektləşdirilməsi və silinməsi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunu yoxlamaq
- Müəssisəyə məxsus olan mal-materialların uçotunu aparmaq, mal-materialların faktiki maya dəyərini hesablamaq
- Anbara daxil olan malların qəbulu və qeydiyyatının aparılmasını təmin etmək
- Anbar inventarizasiyalarında iştirak etmək
- Ay sonu bağlanışına yardım etmək

Email : Hr@autolux-az.com
Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.

Son müraciət tarixi: 2021-08-14