Mühasib

Şirkət haqqında
Əmək haqqı
1000

İş haqqında

Əsas tələblər:
- Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə);
- Minimum 3 il iş təcrübəsi;
- 1 С 8.3 proqramında işləmə bacarığı mütləqdir
- Vergi Məcəlləsi üzrə biliklər;
- Mühasibatlıqla bağlı yerli qanunvericilik üzrə biliklər;
- Rəsmi hesabatların hazırlanması və təqdim olunması prosedurları üzrə biliklər;
- Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti.
- Rus dilini səlis bilənlərə üstünlük veriləcək

Vəzifə öhdəlikləri:
- Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi;
- E-Qaimə fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı;
- Bank əməliyyatının həyata keçirilməsi, qaimə və vergi hesab fakturalarının yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
- Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
- BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək;
- Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar;
- Daxili hesabatların hazırlanması və təqdim olunması;
- Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsində iştirak;
- Əmək haqqının hesablanması.

Əmək şəraiti:
- İş yeri: Bakı şəhəri, Süleyman Dadaşov 6
- 5 günlük iş rejimi;
- Əmək haqqı: 1000 azn Net

Göstərilən tələblərə uyğun olan namizədlər mövzu yerində “Mühasib” qeyd etməklə CV-lərini account@usg.com.az ünvanına yollaya bilərlər.
Son müraciət tarixi: 19.08.2021