Mühasib

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə öhdəlikləri:
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi;
- DSMF hesabatlarının, Statistika hesabatlarının hazırlanması və müvafiq qurumlara təqdim edilməsi;
- Mədaxil – məxaric orderlərinin yazılması;
- Bütün maliyyə əməliyyatlarının 1C mühasibat proqramında əks olunması;
- İşçilərin əmək haqlarının normativ sənədlər əsasında ödənilməsinin təmin edilməsi;
- Debitor və kreditor üzrə uçotun aparılması;
- Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsi;
- E-Qaimə və Vergi Hesab Fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatların aparılması;
- Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və reyestrlərdə düzgün əks etdirilməsinin həyata keçirilməsi.

Əsas tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat və ya iqtisadiyyatla bağlı digər sahələr);
- Mövcud sahədə minimum 3 illik iş təcrübəsi;
- Vergi Məcəlləsi, müvafiq normativ-hüquqi sənədlər, Müəssisədaxili normativ sənədlərlə işləmək təcrübəsi;
- MS Office, Excel, Muhasibat 1C;
- Online kargüzarlıq və e- qaime portallardan istifadə etmə bacarığı;

Vakansiyaya müraciət üçün mövzu yerində “Mühasib” qeyd edərək CV formasının hr@mirlex.az elektron ünvanına göndərilməsi xahiş olunur.
Son müraciət tarixi: 2021-09-08