Mühasib

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Mühasib ( əmək haqqı üzrə )

- İşçilərlə hesablaşmaların və sənədləşmələrin təşkili;
- Əmək haqqı üzrə müxabirləşmələrin verilməsi və yoxlanması;
- Məzuniyyət haqlarının, xəstəlik vərəqəsi üzrə ödəmələrin, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişi;
- DSMF tərəfindən ödənilən müavinətlərin dövlət elektron sistemində işlənməsi;
- Təhtəl-hesab şəxslərlə hesablaşmaların və ezamiyyə haqlarının yoxlanması;
- Sosial sığorta ayırmaları üzrə hesabatın hazırlanması və təqdim olunmasını toxunmaq;
- Aylıq, rüblük, illik Dövlət orqanlarına hesabatların göndərilməsi;
- Pul vəsaitlərinin planlaşdırılması, proqnoz, ödənişlərin bölüşdürülməsi;
- Birbaşa rəhbərin tapşırıqlarının icra edilməsi.

Namizədə tələblər:
- Sahə üzrə Ali təhsil;
- Mühasibatlıq sahəsində 1 - 3 il arası iş təcrübəsi;
- Azərbaycan dilində yazılı və şifahi ünsiyyət bacarığı;
- MS Office (xüsusilə MS Excel) proqramlarında işləmək bacarığı;
- Analitik düşünmə və təhlil bacarığı.

İş şəraiti:
- 5 günlük iş həftəsi
- Nahar və telefon xərcləri şirkət tərəfindən təmin olunur

Vakansiyaya müraciət üçün CV-ləri “Mühasib əmək haqqı üzrə” mövzusu ilə hr@bizimmarket.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Son müraciət tarixi: 2021-09-10