Mühasib

Şirkət haqqında
Əmək haqqı
1000-2000

İş haqqında

Vakansiya: Account / Muhasib
İş yeri (Şəhər): Bakı/ Qaradağ rayonu
Telefon: +994 12 565 51 46
E-poçt: hr@ametsolution.com

Şirkət barədə məlumat Texniki avadanlıqların və avtonəqliyyat vasitələrinin icarəsi, satışı, təmiri və sərnişin daşıma xidməti

Namizədə tələblər:
- Maliyyə və ya Mühasibatlıq sahəsində ali təhsili olmalıdır;
- Minimum 5 il iş təcrübəsi olmalıdır;
- Mühasibat uçotu sistemləri ilə işləmə təcrübəsi olmalıdır;
- Microsoft Office proqramları, xüsusi ilə Microsoft Excel və Microsoft Word proqramlarında sərbəst işləməyi bacarmalıdır;
- Rus və / və ya ingilis dilini sərbəst bilməsi vacibdir;
- Mühasibatlıq üzrə beynəlxalq sertifikasiyası olması (ACCA, ACA) və ya sertifikasiyanın alınması üçün hazırda çalışan namizədlərə üstünlük verilir.
- Sənədlərlə işləmək bacarığı
- Maliyyə analitik bacarığın olması
- Vəzifə öhdəliklərini vaxtında yerinə yetirmək
- Məsuliyyətli, dəqiq və peşəkar

Əsas vəzifə öhdəlikləri:
- Maliyyə uçotunun qurulması və həmin prosesə nəzarət edir, uçotun Beynəlxalq mühasibat standartlarının tələblərinə uyğunlaşdırılması prosesini həyata keçirir və onu təşkil edir.
- Bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında düzgün əks etdirilməsini, ona nəzarəti operativ məlumatların təqdim edilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu və hesabatı məlumatları üzrə zavodun maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini təmin edir.
- Daxil olan pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışı, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının zavodun təsərrüfat maliyyə fəaliyyətinin yekun əməliyyatları uçotunu təşkil edir.
- Vergi uçot bazasının formalaşdırılması, onun fəaliyyətinin düzgün tənzimlənməsi, yekun hesabatların hazırlanması üçün lazimi əməliyyatların aparılmasına nəzarət edir.
- Vergi orqanlarına və digər dövlət qurumları tərəfindən tələb olunan bütün növ hesabatların hazırlanmasını və təqdim edilməsini təmin edir, təqdim olunan hesabatların doğruluğuna görə məsuliyyət daşıyır;
- Həm sistematik, həm də birdəfəlik xarakter daşıyan məlumatın öz şöbəsinin işçilərinə ötürür;
- Daxili və xarici auditin aparıldığı zamanlarda onlara lazımi dəstək verilməsi;
- Avtomatlaşdırılmış əməliyyat sisteminin (ERP) qurulması və təkmilləşdirilməsi proseslərində iştirak edir;
- Təh-təl hesab şəxslərlə iş və müvafiq uçotun aparılmasını təmin edir;
- Subpodratçılarla əlaqədar mal-material, xidmət, ödəmələr, zəmanət və avanslarla əlaqədar hesablamaları həyata keçirir və uçotunu aparır;
- Müəsisənin debitor və kreditorlar üzrə hesablaşmalarının dəqiqlityini təmin edir.
- Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi, əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu və s. tələbat fonduna və digər ehtiyyat fondlarına ayırmaları tərtib edir.
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, pul vəsaitlərinin, əmtəə material qiymətlərinin və əsas fondların inventarizasiyasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanması və zavodun bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət edir.
- Ştat maliyyə və kassa nizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının çatışmazlıqlarının və digər itkilərin mühasibat balanslarından silinməsinin qanuniliyinin təmin edilməsi işlərini görür.
- Mühasibat sənədlərinin tərtib edilməsi və arxivə verilməsi işinin qanunauyğun şəkildə yerinə yetirilməsinə nəzarət edir.
- Mühasibat-maliyyə məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil işlərinə rəhbərlik edir.
- E-Qaimə fakturalarının yazılması, vergi hesab fakturaların yazılması gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı;
- Bank əməliyyatının həyata keçirilməsi, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
- Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
- Daxili hesabatların hazırlanması və təqdim olunması;
- Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsində iştirak;
- Əmək haqqının hesablanması.
- Bütün növ hesab-fakturaları, xərc sənədlərini və ödənişə müraciətləri qəbul və icra etmək;
- E-portal proqramı ilə işləmək bacarığının olması

Əsas təminatlar:
- Həftənin 5 günü iş
- Telefon danışıqları üçün korporativ nömrə verilir
- İş yeri Salyan şossesi 12 km / Sea bay restoranı ilə üzbəüz
- Nəqliyyat ilə təmin edilir.
- Tibbi Sigorta ilə təmin edilir.
- Əmək haqqı: 1000 AZN-2000 AZN -müsahibə əsasında namizədin bilik və bacarıqlarına əsasən müəyyənləşdiriləcək.

Son müraciət tarixi: 2021-09-19