Mühasib

Şirkət haqqında
Əmək haqqı
900-1000

İş haqqında

Namizədə tələblər:
- Ali təhsil və ya magistr dərəcəsi (mühasibat uçotu, maliyyə);
- Vergi Məcəlləsindən ümumi məlumatı olmalı;
- 1C proqramı ilə sərbəst işləmək bacarığı;
- Müvafiq sahədə 1-2 ildən az olmayan iş təcrübəsi;
- Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
- Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
- Komandada işləmək bacarığı;
- Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı (ingilis və ya rus dillərini bilənlərə üstünlük verilə bilər).

Əsas vəzifə və öhdəliklər:
- Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesablarında əks etdirilməsi;
- Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əməkhaqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasının təşkili və vergilərin, ödənişlərin, digər vəsaitlərin köçürülməsinin həyata keçirilməsi;
- İlkin sənədlər və mühasibat yazılışları əsasında mühasibat hesabatlarının tərtib olunması;
- Təhtəlhesab, balans, avans hesabatının aparılması;
- Hesab və elektron qaimə-fakturaların yazılması;
- Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
- Aylıq əməkhaqqı cədvəllərinin hesablanması və hazırlanması, işçilərin əməkhaqqlarının və digər ödənişlərinin aparılması;
- Bank hesabları və kassa üzrə ödənişlərin həyata keçirilməsi;
- Balansın çıxarılması üzrə biliklərə sahib olmalı;
- Aylıq kommunal öhdəliklərin (isti su, xidmət haqqı, yük pulu, sayğac və sənədləşmə) 1C proqramında aylıq olaraq yoxlanması, işlənməsi, bununla əlaqədar 1C-də satış hesablarına nəzarət edilməsi;

İş şəraiti:
- Həftə ərzində 6 günlük iş qrafiki.
- İş saatı: 10:00-19:00
- Əməkhaqqı 900 - 1000 manat
- Cinsi - kişi
- Yaş həddi : 23-35
- AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə

Maraqlı namizədlərdən xahiş olunur ki, mütləq şəkildə şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Mühasib” sözlərini qeyd edərək hr@collezioneitalia.az -ünvanına göndərsinlər.
İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

Son müraciət tarixi: 2021-09-26