Mühasib

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Namizədə tələblər:
- Təhsil: Ali iqtisadi təhsill (Maliyyə, Mühasibat uçotu və audit);
- Iş təcrübəsi: Azı 5 il iş təcrübəsi (Tikinti sektorunda azı 3 il təcrübə mütləqdir)
- Yaş: 25-40
- Cins : Qadın
- Dil bilikləri: Azərbaycan, Rus
- Vergi qanunvericiliyini yaxşı səviyyədə bilmək, dəyişiklikləri izləmək və vaxtında tətbiq etmək;
- Kompüter bilikləri: Ofis proqramları, Outlook ,1C (8.3 əsas)

Vəzifə öhdəlikləri:
- Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etməlidir;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- İlkin mühasibat hesabatlarının müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
- Əsas vəsaitlərin uçotunun aparılması
- Hesab və elektron qaimə-fakturaların yazılması;
- Daxili mühasibatlıq sistemində köçürmələrin təmin edilməsi
- Bank əməliyyatının işlənilməsi
- Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsini təmin olunması;
- Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatların vaxtında və düzgün hesablanmasının təmin edilməsi;
- Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;

İş qrafiki: 5 günlük iş qrafiki
Əmək haqqı: müsahibə zamanı təyin olunur

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini və portfoliolarını (mütləqdir) mövzu sətrində vakansiyanın adını “ Mühasib” qeyd edərək, hr@ricon.az elektron ünvanına göndərilməsi xahiş olunur.
Son müraciət tarixi: 2021-09-30