Mühasib

Şirkət haqqında
Əmək haqqı
900-1200

İş haqqında

Vəzifə öhdəliyi:
- Gündəlik bank və kassa əməliyyatlarının aparılması;
- Maliyyə əməliyyatlarının 1 C (8.3) mühasibat proqramında işlənilməsi;
- Əmək haqlarının, məzuniyyət üzrə ödənişlərin hesablanması və icra edilməsi;
- Aylıq, rüblük və illik statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
- Mövcud vergi öhdəliyinə uyğun Vergi bəyənnamələrinin (Vahid rüblük, ƏDV, ÖMV) hesabatlarının tərtib edilməsi;
- Yerli və xarici ödənişlərin internet banking vasitəsi ilə icra edilməsi;
- E-Qaimələrin göndərilməsi.

Tələblər:
- Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması mütləqdir);
- MS Office proqramları üzrə qabaqcıl istifadə biliyi;
- 1C (8.3) proqramında mükəmməl işləmək bacarığı;
- Vergi Məcəlləsi və Əmək Qanunvericiliyi üzrə biliklər;
- Mühasibatlıq işləri üzrə ən azı 2 il iş təcrübəsi;
- Azərbaycan dili mükəmməl, rus və ingilis dili biliyi arzuolunandır;
- Komandada işləmə bacarığı;
- İxtisasını daim təkmilləşdirməli;
- Müştəriyönümlülük, vaxtın idarəedilməsini bacarmalı;
- Problemləri təhlil və həll etmə bacarığı;
- Məsuliyyətli və loyallıq;

Biz Sizə nə təklif edirik:
- Peşəkar, mehriban komandada iş;
- Etibarlı şirkətdə karyera yüksəlişi;

İş şərtləri:
- İş qrafiki: 6 günlük
- Əmək haqqı 900-1200 AZN

CV-lərinizi elektron ünvanına “Mühasib” başlığı altında göndərməyiniz xahiş olunur.
Son müraciət tarixi: 2022.01.08