Mühasib

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə öhdəlikləri:
- İşçilərin aylıq əmək haqqlarının, məzuniyyət, ezamiyyətlərin, xəstəlik vərəqələrinin, sosial məzuniyyətlərin, gəlir vergisi, sosial sığorta və digər tutulmaların hesablanması və ödənilməsi;
- Əmək haqqı üzrə müxabirləşmələrin verilməsi və yoxlanması;
- Məzuniyyət haqlarının, xəstəlik vərəqəsi üzrə ödəmələrin, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişi;
- Təhtəl-hesab şəxslərlə hesablaşmaların və ezamiyyə haqlarının yoxlanması;
- Mühasibat uçotu sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət edir;
- Dövlət büdcəsinə ödənişlərin (MDSS, ƏDV, ÖMV) düzgün hesablanılması və vaxtında köçürülməsi;
- E-Qaimə Faktura tərtib olunması və göndərilməsi, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının hazırlanmasına nəzarət edilməsi;
- Aylıq, rüblük və illik, o cümlədən müqayisəli hesabatların hazırlanması;
- Tələb olunan hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Vəzifəsi ilə əlaqədar bir başa rəhbərin verdiyi tapşırıqların icra olunmasını təmin etmək;
- Əmək haqqı üzrə statistika hesabatlarının hazırlanması;

Tələb olunan bilik, bacarıq və təcrübə:
- Müvafiq sahələrdə 1 il idarəedici səviyyədə iş təcrübəsi
- MS Office, Outlook (istifadəçi səviyyəsi), MS Excel (formulalarla işləmək)
- Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmalı;
- Yüksək işgüzarlıq qabiliyyəti və kollektivlə işləmək bacarığı.
- Diqqətli, punktual, səbirli və məsuliyyətli olmalı
- Ünsiyyət qurma və izah etmə qabiliyyəti

Qeyd: İş yeri Qəbələ şəhərində yerləşir.

Maraqlanan namizədlərdən öz CV-ni Word və ya pdf formatında mövzu hissəsində İşin adı (Mühasib) göstərilməklə göndərmələri xahiş olunur.
Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə saxlanılacaq.

Son müraciət tarixi: 2022.02.16