Mühasib

Şirkət haqqında
Əmək haqqı
800-1200

İş haqqında

- Muhasibat sahəsnində azı 3 il təcrübəsi olan əməkdaş (istehsalat üzrə muhasib, mebel sahəsindən olanlara üstünlük veriləcək) axtarılır. Əməkdaşa qarşı tələblər aşağıdakı kimidir:
- Daxil olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarının uçotunu aparmaq
- İstehsalat üzrə mühasibat əməliyyatlarının aparılması
- Kassa və bank əməliyyatlarının, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyyatlarının və hesab- fakturaların uçotunu aparmaq
- Dövlət büdcəsinə məcburi ödəməli, vergi, dövlət sosial sığorta fonduna ayırmaları, digər rüsum və ayırmaların ödənilməsini təmin etmək
- Debitor və kreditor borclarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin etmək
- Vergi sahəsilə bağlı əməliyyatlar- bütün vergi hesabatlarının göndərilməsi
- E-qaimə fakturalarının yazılması, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarıq-Bank əməliyyatının həyata keçirilməsi, qaimə və vergi hesab fakturalarının yazılması
- Mühasibat, vergi uçotu və DSMF, statistika ilə bağlı əməliyyatlar
- ƏDV ilə işləmə bacarığı
- Bəyannamələrin hazırlanması və göndərilməsi
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması
- E-portal proqramı ilə işləmək bacarığının olması
- Rəhbərliyin verdiyi digər tapşırıqların yerinə yetirilməsi
- 1S (8.3 muhasibatlıq) proqramında işləmə bacarığının olması.
- Tender və Təchizat proseslərinində iştirak etmək və gedişi haqqında hesabatların hazırlanması
- Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi
- Əlaqə nömrəsi: 0507495578 Fatimə xanım
- İş qrafiki: Həftədə 5 gün, saat 09:00-18:00
- Əmək haqqı: 800-1200 manat

Son müraciət tarixi: 2022.05.26