Mühasibatlıq şöbəsinin rəhbəri

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə və Öhdəliklər:
- Maliyyə Bazarlarına Nəzarət Palatası, Dövlət Sosial Müdafiə Fondu, Statistika Komitəsi və vergi orqanlarına aylıq, rüblük və illik hesabatların hazırlanmasına nəzarət, hesabatların təqdim edilməsinin təmin edilməsi və müvafiq əməliyyatlar üzrə Mühasibat Uçotu Proqramında (MUP) müxabirləşmələrin yoxlanılması;
- Mühasibatlıq şöbəsinin işinin düzgün təşkilini təmin edən qaydaların aktuallığını mütəmadi yoxlamaq və yeniliklər təklif etmək;
- Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin alışı, mədaxili, silinməsi, satışı üzrə əməliyyatların uçotuna, amortizasiya ayırmalarının hesablanmasına və MUP-nin müvafiq moduluna işlənməsinin təmin edilməsi;
- Şirkətin işlərinin aparılması xərcləri hesablama metodu yolu ilə aylıq hesablanması, malsatan və podraçılarla hesablaşmalara, o cümlədən avans əsasında ödənilmiş xərclərin uçotuna nəzarət edilməsi və əməliyyatların MUP-yə işlənilməsinin təmin edilməsi;
- Məzənnə fərqindən yaranan gəlir/xərclərin düzgünlüyünün təmin edilməsi;
- Təhtəlhesab şəxslərlə hesablaşmalara nəzarət edilməsi, avans hesabatlarının və təsdiqedici sənədlərin düzgünlüyünün yoxlanılması və əməliyyatların MUP-yə işlənməsinə nəzarət edilməsi;
- İnvestisiya modulunun mühasibatlıq qeydlərinə inteqrasiyasını təmin etmək və MUP-yə işlənməsinə nəzarət edilməsi və faizlərin vaxtında ödənilməsinin təmin edilməsi;
- Mal-material qiymətlərinin inventarizasiya prosesində rəhbərlik etdiyi şöbənin iştirakının təmin edilməsi və nəticəsi barədə müvafiq tədbirlərin görülməsi;
- Ezamiyyə xərclərinin hesablanmasının təmin edilməsi, uçotunun aparılması və MUP-yə işlənməsinə nəzarət edilməsi;
- Vergi və digər qanunvericilik yeniliklərini yaxından izləmək, Şirkətin fəaliyyətində tətbiq olunasına əmin olmaq və Şirkətin vergi siyasətinin aktuallığını qoruması istiqamətində işlər aparmaq;
- Vergi öhlədiklərinin tam, düzgün və zamanında formalaşmasını təmin etmək və vergi öhdəliklərinin / xərclərinin optimallaşdırılması istiqamətində işlər aparmaq;
- Hesabatların və maliyyə təhlillərinin əhatəli və zamanlı aparılması üçün uçot sisteminin/əməliyyatlarının operativliyini və müvafiq məlumatlar ilə zənginləşdirilməsini təmin etmək;
- Sənədlərin və ona məlum olan əməliyyatlar və xidməti tapşırıqların məxfiliyinin lazımi səviyyəsinin qorunması;
- Birbaşa rəhbər tərəfindən verilmiş digər tapşırıqların yerinə yetirilməsi.

Bilik və bacarıqlar:
- Maliyyə, mühasibat uçotu və ya iqtisadi ali təhsil;
- MUP və MS Office üzrə qabaqcıl istifadə bilikləri;
- Mühasibat, vergi və əmək məcəlləsi, sığorta qanunvericiliyi üzrə dərin bilik və təcrübənin olması;
- Dil bilikləri: Azərbaycan, rus dillərini sərbəst, ingilis dilini orta səviyyədə bilməli.

TƏCRÜBƏ
- Sığorta sahəsində mühasib kimi ən azı 3 il iş təcrübəsi;
- Maliyyə sahəsində (sığorta xaric) ən azı 4 il iş təcrübəsi;

BACARIQLAR
- Peşəkar səviyyədə yazılı və sifahi ünsiyyət bacarığı;
- MUP və MS Office üzrə qabaqcıl istifadə bacarıqları;
- Ünsiyyət qurmaq bacarığı;
- Təşəbbüskar;
- Diqqətlilik;
- Məsuliyyətlilik;

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.
Son müraciət tarixi: 01 Noyabr 2021-ci il.