Mühasibatlıq üzrə Mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Əsas vəzifə öhdəlikləri:
- Şirkətin prosedurlarına müvafiq olaraq fakturalarının mühasibatlıq sənədlərinə daxil edilməsi;
- Mədaxil hesablamaları ilə bağlı mühasibatlıq işi və yığımlara dair qeydlərin hazırlanması;
- Şirkətin aktivləri ilə bağlı mühasibatlıq qeydlərinin daxil edilməsi;
- Əsas Vəsaitlər və qeyri maddi aktivlər hesablamalarına dair sənədlərin hazırlanması və SAP aparılması;
- Satıcı şirkətlər və işçilər üçün ödəniş (maaş) cədvəlləri hazırlamaq;
- Mühasibatlıq əməliyyatları, kapitalın hərəkəti ilə bağlı işləri yerinə yetirmək;
- Ümumi xərcləri təyinatı üzrə ayırmaq;
- Bütün əməliyyatları şirkətin polislərinə müvafiq olaraq yerinə yetirmək;
- Təchizatçı və işçilər, eləcə də agent hesablarını tutuşdurub yoxlamaq;
- Mühasibatlıq sistemlərinin inkişafını təmin etmək (SAP və jurnal üzrə formalar);
- SAP proqramında mühasibatlıq hesabatlarını hazırlamaq;
- Nağd pul və bank köçürmələri ilə bağlı mühasibatlıq qeydlərinin aparılması;
- Bank hesablarını bank bəyanatları ilə tutuşdurub yoxlamaq;
- Nağd pul hesabını nağd pul vəsaitləri ilə müqayisəli yoxlamaq;
- İşçilərin xərclərinin qeydiyyata alınması və yoxlanılması;
- Əməliyyat sistemində (əsas əməliyyat sistemi və gələcəkdə sistem deyişilirsə yeni sistemdə)agentlərin maliyyə durumuna nəzarət etmək;
- Müqayisəli yoxlamalar aparmaq və agentlərə hesab-fakturalar təqdim etmək;
- Gündəlik bank inkassolarının alınması, bonus (mükafat) ödənişlərini və əlaqədar prosesləri həyata keçirmək;
- Agentlər və oyunçuların maliyyə problemlərinin həll etmək;
- Şirkət və bank arasında yığımlar ödənilməsindən irəli gələn problemləri həll etmək;
- Agentlərin hesabları ilə bağlı pul köçürmələri etmək.
- Satıcılar və müştərilər ilə üzləşmələri hazırlamaq.
- Bütün sənədlərin mühasibatlıq və yerli qanunericiliyinə görə hazırlayıb arxivləşdirmək.
- Digər mühasibatlıq işlərin aparılması.

Ümumi öhdəliklər:
- Tədqiqatlar, biznesin təkmilləşdirilməsi, şirkətin tədbirləri və s. fəaliyyətlərdə iştirak kimi çoxfunksiyalı tapşırıqları icra etmək
- Şirkətin qayda və normalarına müvafiq olaraq fəaliyyət göstərmək.

Əsas əməliyyatlar:
- Hesab-fakturaların SAP sistemlərində qeydiyyata alınması
- Nağd pul / bank əməliyyatları
- Sığorta əməliyyatları
- Hesabat dövrünün aylıq bağlanılması
- Ödəniş (maaş) cədvəlinin hazırlanması
- İşçilərin xərclərinin tənzimlənməsi
- Maddi inventarların hesablanması
- Bank əməliyyatlarının qeydiyyatı və yoxlanılması
- Bütün yığım proseslərinin həyata keçirilməsi

İcra göstəricilərinin ölçülməsi:
- Yerli qanunvericilik tərəfindən mühasibatlıq işinə dair müəyyən edilmiş qaydalara və şirkətin prosedurlarına müvafiq olaraq bütün mühasibatlıq hesablarına nəzarət və qeydiyyat düzgün aparılması;
- Aylıq hesabat dövrünün səliqə ilə və vaxtlı-vaxtında bağlanılmasını təmin etmək;
- Ödəniş cədvəllərinin satıcı şirkətlərin hesab-fakturaları və sazişlərinə müvafiq olaraq səliqə ilə və vaxtlı-vaxtında hazırlanması;
- Sığorta polisinin səliqə ilə və vaxtlı-vaxtında təmin edilməsi;
- SAP sistemlərinin (o cümlədən SAP proqramında aparılan bütün mühasibatlıq işlərinin) inkişaf etdirilməsi;
- Ödənişlərin yığılması prosesinin lazımı qaydada həyata keçirilməsi.

Sizə maraqlıdırsa CV-nizi “Mühasibatlıq üzrə Mütəxəssis” mövzusu ilə hr@azerlotereya.com ünvanına göndərməyiniz xahiş olunur.
Son müraciət tarixi: 2021-08-25