Mühasib/Xərclər üzrə nəzarətçi

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

“ATEF ŞİRKƏTLƏR QRUPU” MMC “Mühasib/Xərclər üzrə nəzarətçi” vəzifəsinə vakansiya elan edir.Şirkət: “ATEF ŞİRKƏTLƏR QRUPU” MMC
İş yeri: Bakı şəhəri, Nərimanov rayonu,
Əmək haqqı:Namizədlə keçirilən müsahibənin nəticələrinə uyğun olaraq müəyyən ediləcəkdir.İş şəraiti
- 6 günlük iş həftəsi
- Nahar fasiləsi: 12:00-13:00
- Nahar müəssisə tərəfindən təmin edilir.

İş barədə məlumat
- Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin etmək, mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlamaq, uyğunsuzluq halları aşkar olunduqda, onların aradan qaldırılmasını tələb və təmin etmək;
- Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması, komplektləşdirilməsi və silinməsi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunu yoxlamaq;
- Mal-material alışı ilə bağlı hesabatların düzgün və vaxtında tərtib və təqdim olunmasını təmin etmək;
- Müəssisəyə məxsus olan mal-materialların uçotunu aparmaq, mal-materialların faktiki maya dəyərini hesablamaq;
- E-qaimə, EVHF kəsmək bacarığı, BTP proqramında aylıq, rüblük, illik hesabatları sərbəst şəkildə tərtib edib aidiyyatı üzrə göndərmək, DSMF və statistika hesabatlarını tərtib edib aidiyyatı üzrə göndərmək;
- Anbara daxil olan malların qəbulu və qeydiyyatının aparılmasını təmin etmək;
- Anbardan mal çıxışına nəzarət etmək və sənədləşdirmək;
- Anbarda məhsulların saxlanmasına cavabdehlik və nəzarət etmək;
- Anbar sayımı və stok nəzarətini həyata keçirmək;
- Daxili büdcəyə nəzarət etmək;
- Təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabına düzgün əks etdirilməsinə, qanunla qəbul olunmuş bütün vergi və öhdəliklərin düzgün hesablanmasına, ödənilməsinə, dövlət hesabatlarının qanunla müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsini həyata keçirmək;
- Mühasibatlığın ilkin sənədlərinin tərtibi və yoxlanılması həyata keçirmək;
- Gün sonunda müəssisənin satış kassasını təhvil almaq;
- Satış proqramında menu və qiymət dəyişikliklərini əlavə etmək;
- Gündəlik sifarişlərin satış menusuna uyğun olub-olmamasını yoxlamaq;Namizədin şəxsi keyfiyyətləri:• Fikrini izah etmək qabiliyyəti;
- Ezamiyyə imkanları;
- Ünsiyyət yaratmaq bacarığı;
- İşə planlı yanaşması;
- Fəal olması və komandada işləmək bacarığı.

Namizədə tələblər
- Ali təhsilli (iqtisadiyyat üzrə);
- Azərbaycan, rus və ingilis dillərini bilməli;
- Restoran sahəsində 1-3 il iş təcrübəsi olmalı;
- Yeməklərin kalkulyasiyası barədə məlumatı olmalı;
- R-keeper, İİKO proqramları, MS Office ( Excell-yüksək səviyyədə) proqramlarında işləməyi bilməli;
- Yaş həddi 25-45;
- Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı olmalı;
- Mühasibat uçotu ilə bağlı yerli qanunvericiliyi bilməli;
- Vergi, əmək qanunvericiliklərini bilməli;
- Satış və anbarın idarə olunmasını bilməli;
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti olmalı;

Bu vəzifəyə müraciət etmək üçün CV-ni [email protected] ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Mühasib/Xərclər üzrə nəzarətçi” mövzu bölməsində göstərin
Son müraciət tarixi: 22 Aprel 2021