Mühəndis - Proqramçı

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Namizədə tələblər:
- Ali təhsil;
- Ən azı 2 il iş təcrübəsi;
- Proqramlaşdırma bilikləri üzrə:
Tələb olunur: C#, .NET, ASP.NET, MVC, HTML5, JavaScript, XML, CSS, JSON
Üstünlük verilir: Java,
- OYP (OOP) layihələrin tətbiqi və işlənməsi;
- RDBMS, SQL bilikləri;
- Proqramlaşdırma və alqoritm qurma bacarığı və analitik - alqoritmik düşünmə qabiliyyəti;
- Komanda şəklində işləmə bacarığı;
- Effektiv və strukturlu proqram kodu yazma qabiliyyəti;
- Xarici dil səviyyəsi: İngilis dili– Intermediate, Rus dili – B1. ;

Vəzifə öhdəlikləri:
- Sistemin hazırlanması və optimallaşdırılması üçün proqram kod yazılımı;
- Şlüzlərin hazırlanması (API) və xarici servislərlə əlaqədar işlənməsi;
- Terminal interfeysinin tərtibi və işə salınması
- Verilənlər Bazası (DB) və WEB Servislərlə işləmə;
- Yazılan servislərin analizi, müşayiət olunması və xətaların aradan qaldırılması;
- Sistemin tətbiqi, genişləndirilməsi və təhlükəsizliyin təmini;
- Ödəmə sisteminə yeni xidmətlərin qoşulması və optimizasiyası.
- Ödənişlərin yoxlanması və üzləşməsi üçün müvafiq alətlərin yazılması.
- Ödənişlərdə yaranan problemləri analiz etmək və qarşısını alma tədbirlərinin görülməsi.
- Windows, Web və Mobil API işləmələri
- Ödəmə sisteminin analizi və problemlərin həlli

İş şəraiti :
- Ofis daxili.
- Nahar yeməyi şirkət tərəfindən verilir.
- Əmək haqqı – Namizədin biliyi yoxlanılaraq razılaşma yolu ilə
- İş rejimi: Həftənin 5 günü tam, 6-cı gün aylıq növbəli iş
- Tibbi sığorta.

Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi cv@emanat.az email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “Mühəndis - Proqramçı” yazılmalıdır.
Son müraciət tarixi: 2021-09-11