Mühəndis (boya montaj)

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vakansiya: Texniki Avadanlıqlar Zavodunda “Mühəndis (boya montaj)”

Əmək funksiyası:
- Tabeçiliyində olan işçilərə iş öncəsi təlimat keçir və birlikdə plana və təlimata uyğun olaraq işə başlayır;
- Verilmiş plana uyğun ona təhkim olunmuş avadanlıq və əl alətlərinin yararlı vəziyyətdə olmasını yoxlanmasına və onları işə hazır vəziyyətə gətirilməsinə nəzarət edir;
- Test avadanlıqlarının vaxtın və düzgün kalibrasiya olunmasına nəzarət edir;
- Ehtiyac olan material və avdanlıqların anbardan vaxtında təmin edilməsinə, düzgün sərf edilməsinə və hesabatların vaxtında və düzgün verilməsinə nəzarət edir;
- Tabeçiliyində olan işçilər üçün təhlükəsiz iş şəraiti təmin etməlidir;
- İş prossesində yaranan problemlər vəya çatışmamazlıqlar barədə vaxtında yuxarı rəhbərliyə məlumat verir;
- İş sahəsində olan bütün avadanlıqları o cümlədən boya avadanlığının və alətlərin işləmə prinsiplərini bilməli, onlardan istifadə edə bilmədir;
- Rəhbərinin verdiyi göstəriş və tapşırıqları vaxtında və səmərəli şəkildə yerinə yetirir və düzgün iş bölgüsü aparmalıdır;
- İstehsalat planlamasında iştirak etməlidir;
- İş gününün sonunda rəhbərinə hesabat verir;
- İstehsal prossesinin səmərəliliyinin artırılması və prossesin yaxşılaşdırılması üçün digər bölmələrə təklif və tövsiyələr verir:

Namizədə tələblər:
- Sənaye maşınlarının ümumi mexaniki istismarı və məhsuldarlığı
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını;
- Avadanlıqların (laqonda, Sistem Teknik boya avadanlığı, test avadanlıqları və s) işləmə prinsiplərini;
- Çertyoj oxumağı bacarmalıdır;
- Boyaların tərkibi və istifadə təyinatlarını bilməlidir.
- İstifadə etdiyi materialların adlarını, təyinatını və spesifik xüsusiyyətlərini bilməlidir;

Tələblərə uyğun gələn namizədlər CV-lərini “Mühəndis (boya montaj)” başlığı altında qeyd edərək hr@azertexnolayn.com ünvanına göndərmələri xahiş olunur.
Whatsapp: 050-268-45-95

Son müraciət tarixi: 2021-05-21