Mühəndis-Texnoloq

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

İşin təsviri:
- Pressforma, ştamp, tərtibat və digər məmulatların detallarının hazırlanması, onların yığılması üzrə texnoloji əməliyyatların ardıcılığını təyin etmək;
- Sexə daxil olan konstruktor sənədlər əsasında məhsulun konstruksiyasının texnoloji cəhətdən səmərəliliyini müəyyənləşdirilməsində iştirak etmək;
- Məhsulların istehsal qrafiklərinin tərtib olunmasında, mal-materialın, alət və tərtibatların sifarişində və hazır məhsulun təhvil verilməsində iştirak etmək;
- Sexdə texnoloji nizam-intizama əməl olunmasına və avadanlıqların düzgün istismarına nəzarəti həyata keçirtmək;
- Zay və aşağı keyfiyyətli məhsulların əmələ gəlmə səbəblərini araşdırmaq və onların aradan qaldırılması üçün tədbirlərin işlənməsində iştirak etmək.

Tələblər:
- Təhsil: Ali (ixtisas: Maşınqayırma);
- İş təcrübəsi: minimum 3-5 il (Mühəndis-texnoloq olaraq);
- Dil bilikləri: Azərbaycan, Rus.
- Texniki sənədlərlə, çizgilərlə, AutoCad proqramında işləmə bacarığı;
- Planlama qabiliyyəti, yüksək təçkilatçılıq bacarığı;
- İşgüzar ünsiyyət bacarığı.

İş şəraiti:
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
- 6 günlük iş həftəsi;
- Nahar şirkət tərəfindən verilir;
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.

Maraqlananlar saytda onlayn-anketi dolduraraq https://job.metak.az/vacancy/show/24 və ya hr@metak.az ünvanına CV göndərərək 18.06.2021– ci il tarixinə kimi müraciət edə bilərlər.