Mühəndis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Bidon istehsalı sexinə Mühəndis tələb olunur.

Tələblər:
- Ali təhsil
- Bu sahə üzrə iş təcrübəsi.
- Kompüter biliyi: Word, Excell, Internet Explorer;
- Maşın və mexanizmlərin işçi parametrləri ilə əlaqədar tələbləri başa düşməsi;
- Xammalda olan uyğunsuzluqları və Məhsulda olan uyğunsuzluqları istehsalın texnoloji reqlamentinə uyğun olaraq aradan qaldırması;
- Avadanlığı işə salmazdan əvvəl sazlığını yoxlaması;
- Elektron idarəetməni və proqramın düzgün müəyyən edilməsini yoxlamaq və ya sadə proqramlaşdırma həyata keçirməsi;
- Avadanlıq, xammal və alətlərin müvafiq tələblərə uyğun olmasını yoxlamaq. Maşın və mexanizmləri, texnoloji prosesi idarə etməsi;
- Zərurət yarandığı təqdirdə, istehsalın ahəngdarlığını pozmadan maşın və mexanizmləri komponentlərlə (və ya təkrar emal üçün nəzərdə tutulan xammalla) təmin etməsi;
- Maşın və mexanizmlərin təhlükəsiz və düzgün istismarına nəzarət etməsi;
- Müvafiq temperaturlar, təzyiq və presləmə dövrünün müddətini yoxlamaq üçün nəzarət-ölçü cihazlarının işinə nəzarət etməsi;
- İstehsal prosesi barədə məlumat verməsi;
- Tabeçiliyindəki köməkçi işçilərin əmək intizamına və fəaliyyətinə nəzarət etməsi;
- Əmək haqqı: minimum 900 Azn

İş yeri: Sumqayıt Kimya Sənaye Parkı ərazisi, AMINOL sürtkü yağları zavodu.

CV-lər secretary@aminol.az e-mail ünvanına göndərilsin.
Tel: 0125056810