Müqavilələr üzrə Hüquqşünas

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə öhdəlikləri:
- Beynəlxalq və yerli qanunvericiliyə və şirkətin siyasət və maraqlarına uyğun olaraq bütün növ müqavilələri (məxfilik, xidmət və kommersiya müqavilələri daxil olmaqla) nəzərdən keçirir
- Zəruri hallarda tərəf müqabilləri ilə hüquqi danışıqlar aparır
- Şirkətin satış şöbəsinin rəhbərləri ilə kommersiya şərtləri və müddəalarının düzgün müzakirəsini razılaşdırır
- Biznesin İnkişafı üzrə Menecerin tələbi ilə şirkətin iş müqavilələrini dəyişikliklər etməklə yeniləyir

Əsas tələblər:
Təhsil:
Hüquq ilə əlaqəli sahələrdə ali təhsil

Təcrübə:
Müqavilə hüququ sahəsində ən azı 1 il iş təcrübəsi

Professional biliklər:
Korporativ qanunvericilik
Əla səviyyədə İngilis dili
MS Office proqramları

Professional bacarıq və kompetensiyalar:
Danışıqların aparılması
Biznes kommunikasiya
Təşkilatçılıq
Detal yönümlülük
Zamanın idarə olunması
Nəticə yönümlülük
Problem həll etmə
Proaktiv düşüncə

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Müqavilələr üzrə Hüquqşünas” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.