Müqavilələr üzrə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə öhdəlikləri
- Müqavilələrin hazırlanması və ekspertizasını həyata keçirmək;
- Proseslərə uyğun olaraq mövcud müqavilələrə əlavə və dəyişikliklər hazırlamaq;
- Bütün struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy vermək;
- Kənar təşkilatlara və müəssisələrə göndərilən məktubları tərtib etmək;
- Şirkətdaxili sənəd dövriyyəsini həyata keçirmək;
- Rəhbərliyin digər uyğun tapşırıqlarını icra etmək.

Namizədə qarşı tələblər
- Ali təhsil (Hüquqşünaslıq ixtisası üzrə);
- Müqavilələrin tərtibi üzrə minimum 1 il iş təcrubəsi;
- MS Office proqramlarını bilməli;
- Azərbaycan, rus və ingilis dilləri - əla səviyyədə;
- Dəqiqlik, detallara diqqət, məsuliyyətlilik;
- Kollektivlə işləmə bacarığı.

İş barədə məlumat
- İş yeri: Sumqayıt şəhəri, Sülh küçəsi, 76-cı məhəllə ;
- İş rejimi: 5 günlük ;
- İş saatı: 08:30-17:30 ;
- Əmək haqqı: müsahibə əsasında müəyyən olunacaq ;
- Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur.

Əlaqə
Əgər yuxarıda qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə iddia etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu hissəsində göstərməklə CV-nizi sevda.nazarova@alyans.az elektron ünvanına göndərməyiniz xahiş olunur. Əks təqdirdə müraciətinizə baxılmaya bilər.

Son müraciət tarixi: 2021-08-25