Müqavilələr üzrə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə: Müqavilələr üzrə Mütəxəssis
Şöbə: İnzibati
Yer: GLC, Bakı

E-mail: hr@grandlogistics.az
Mövzu: Müqavilələr üzrə Mütəxəssis

Vəzifə öhdəlikləri:
- Etibarnamələrin qeydiyyatını aparmaq
- Məktubların tərtib edilməsi və redaktə edilməsi;
- Tərcümə şirkətləri ilə iş aparmaq, sənədləri tərcüməyə təqdim etmək və təhvil almaq.
- Müəssisəyə daxil olan və çıxan sənədlərin qəbulu, qeydiyyatı və aidiyyatı şəxslərə, şöbələrə çatdırılması
- Tender müqavilələrinin hazırlanması (bölmələrinin yığılması), tamlığına/bütövlüyünə nəzarət edilməsi, icra olunacaq işin predmetinə uyğunlaşdırılması;
- Müqavilə danışıqlarının aparılması;
- Müqaviləyə əlavələrin hazırlanması;
- Müqavilənin icrası zamanı yaranmış problemlərin analizi və müvafiq tədbirlərin görülməsi;
- Müqavilələrin reyestrinin aparılması
- Müqavilə yazışmalarının aparılması
- Müqavilələrə hüquqi rəy verilməsi
- Logistika və Gömrük məsələlərində dəstək
- Müqavilə sənədlərinin arxivlənməsinə nəzarət
- Müqavilələrə əsasən ödənişlərin izlənməsi və gecikmələr barədə rəhbərliyin məlumatlandırılması
- Kontragentlərlə müqaviləyə qədər və müqavilənin icrası zamanı danışıqların aparılması

Tələblər:
- Humanitar (Hüquq, İqtisadiyyat, Biznesin İdarə Olunması, Beynəlxalq əlaqələr və s. ) sahələrdə ali təhsil; Hüquq bilikləri olanlara üstünlük verilir
- Kommersiya hüququ bilikləri;
- Kompüter biliyi: MS Office (Word, Excel, Outlook, PowerPoint);
- Azərbaycan dili, Rus dili, İnglis dili yüksək səviyyədə
- Oxşar vəzifə öhdəlikləri üzrə ən az 2 il iş təcrübəsi
- Müqavilələrin icrası zamanı yarana biləcək riskləri öncədən dəyərləndirməyi bilməli;
- Satınalma müqavilələri ilə işləmə və analiz etmə bacarığı;

Şəxsi bacarıqları:
- Yaxşı analitik və peşəkar ünsiyyət bacarıqları, danışıqların aparılma bacarıqları;
- Yüksək məhsuldarlıq və irihəcmli informasiyalarla işləmə qabiliyyəti;
- Operativlik, çevik qərarvermə, eyni vaxtda çoxsaylı məsələləri idarə edə bilmə və vaxtdan düzgün istifadə bacarıqları;
- İşinə qarşı məsuliyyətli olma, peşəkar yanaşma;
- Nəzarət olmadan vəzifə öhdəliklərini yerinə yetirmə;
- Komandada işləmə bacarığı.

Son müraciət tarixi: 2021-10-31