Müştəri dəstək şöbəsinin baş mütəxəssisi

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Öhdəlikləri:
- Şöbənin işinin təşkili ilə bağlı prosedur və qaydaların tərtibi;
- Müştəri dəstək şöbəsinin işinin planlaşdırılmasında iştirak etmək;
- İmtina prosesinin idarə olunması, imtinalarla iş;
- Problemli müştərilərlə iş;
- Sistemin daimi monitorinqi;
- Rəhbərlik üçün aylıq və illik hesabatların hazırlanması və təqdimatı;
- Məlumatların analizi, analitik təhlili;
- Vəzifə icrası ilə bağlı digər işlər.

Namizədə tələblər:
- Ali təhsil (İnformasiya texnologiyaları, tətbiqi riyaziyyat, telekommunikasiya ixtisasları üzrə);
- Marketinq/Satış/İT şöbələrində minimum 2 illik iş təcrübəsi;
- Dataları oxumaq, emal etmək bacarığı;
- MS Office proqramlarından sərbəst istifadə etmə bacarığı;
- Dil bilikləri: Azərbaycan dili, rus dili. İngilis dili biliyi üstünlükdür;
- Analitik düşünmə tərzinə malik olmalı;
- Ümumi alqoritm qurma bacarığı;
- Komandada işləmə bacarığı, yüksək ünsiyyət və liderlik keyfiyyətlərinə malik olmalı.

İş qrafiki: 5 günlük, I-V günlər, saat 09:00-18:00.
Əmək haqqı: müsahibə zamanı razılaşma əsasında müəyyən ediləcək.
İş yeri: Bakı şəhəri

Müraciət qaydası: CV-nizi hr@enginet.az elektron poçt ünvanına, mövzu sahəsində vəzifə adını - “Müştəri dəstək şöbəsinin baş mütəxəssisi” yazmaqla göndərə bilərsiniz.
Son müraciət tarixi: 2021-06-04