Müştəri əlaqələri üzrə işçi

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Hal-hazırda “FİNCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı ŞƏMKİR FİLİALI üçün MÜŞTƏRİ ƏLAQƏLƏRİ ÜZRƏ İŞÇİ vəzifəsinə işçi axtarışı elan edir.

“FINCA-Azerbaijan” maliyyə xidmətləri sahəsində rəqabətədavamlı kompensasiya paketi, geniş iş imkanları və peşəkar iş mühiti təklif edir.

Əsas Öhdəliklər:
- Yüksək keyfiyyətli müştəri xidmətləri standartlarını təmin etmək;
- Kredit sənədlərinin tənzimlənməsi və portfelin idarə olunması prosesində mərkəzləşdirilmiş şöbələrə dəstək göstərmək;
- Kreditin verilməsi və çatdırılma kanallarını dəstəklə təmin etmək;
- Şirkətin siyasət və prosedurlarına uyğun şəkildə müəyyənləşdirilmiş qaydada filialın inzibati tapşırıqlarını icra etmək və arxiv funksiyasını idarə etmək;
- Tələb olunan hesabatları hazırlamaq və Sahə Menecerinə təqdim etmək;
- Filialın və Baş Ofisin digər Departamentləri/Şöbələri ilə xoş münasibət qurmaq və səmərəli əməkdaşlığı təmin etmək;
- Müəssisə tərəfindən təşkil olunmuş bütün müvafiq təlim fəaliyyətlərində və seminarlarda fəal iştirak etmək;
- Tələb olunarsa, “FİNCA Azərbaycan”ın müxtəlif filial ofislərinə səfərlər və/və ya rotasiya;
- Aylıq və yarım-illik performans hədəflərinə nail olmaq; müştəri məmnuniyyəti standartları/hədəfləri və müştəri şikayətlərinin nisbəti ilə ölçülən yüksək keyfiyyətli müştəri xidmətləri göstərmək; Dəqiq hesabatvermə və sənədlərin emalı.

Tələb olunan bilik və bacarıqlar:
- Ali təhsil. Biznes, iqtisadiyyat, mühasibatlıq və ya bizneslə əlaqəli digər sahədə diploma üstünlük verilir;
- Səlis Azərbaycan dili;
- MS Office (MS Word, MS Excel, MS Outlook) sahəsində əsas biliklər; çapetmə və məlumat daxiletmə bacarıqları;
- Müştəri xidmətləri və arxa ofis üzrə bir il iş təcrübəsi;
- Kreditlərin restruktirizasiyası üzrə məlumatlı olması;
- İşgüzarlıq və aktivlik.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 30 sentyabr 2021-ci il tarixdən gec olmamaq şərtilə [email protected] electron ünvanına Subject/Mövzu hissəsində Müştəri Əlaqələri üzrə İşçi (Şəmkir Filialı) qeyd etməklə göndərə bilərsiniz.
QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.